Evlərin qiyməti ucuzlaşacaq
"2020-ci ilin yanvar ayında və fevralın ortalarına qədər ölkəmizin daşınmaz əmlak bazarında ilin əvvəlləri üçun xarakterik olan canlanma müşahidə olunmasa da, stabillik hökm sürürdü, işlər öz axarı ilə gedirdi. Çində başlayan yeni növ koronavirusun nəzarətdən çıxaraq digər ölkələrə yayılması, ardında da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) onu pandemiya elan etməsi, dünyada vəziyyəti başqa istiqamətə dəyişdi".
Yenisabah.az xəbər verir ki, bu fikirləri "Qiymətləndirmə Xidməti Mərkəzinin” ekspert-qiymətləndiricisi İlham Orucov Azərbaycanın əmlak bazarında yaranmış vəziyyəti Sputnik Azərbaycan-a şərh edərkən deyib.
Onun fikrincə, dünya iqtisadiyyatı kiçik zaman kəsiyində tənəzzülə uğrayıb, neft sürətlə ucuzlaşıb və fond birjalarında qiymətlər kəskin aşağı düşüb. Xəstəliyin təhlükəli səviyyəyə çatması ilə əlaqədar olaraq dünya dövlətləri daha sərt addımlar atmaq, sərhədlərini bağlamaq məcburiyyətində qalıb. Virus nəinki insanların saglamlığına, bütün sahələrə, o cümlədən dünya iqtisadiyyatına böyük zərbə vurub. Dövlətlər öz siyasətinə bəzi dəyişikliklər etmək məcburiyyətində qalıb. Dünya kütləvi özünütəcridetmə, karantin vəziyyətinə uyğunlaşma şəraitində yaşamağa başlayıb.
Bütün sahələrdə olduğu kimi, bu xəstəlik daşınmaz əmlak bazarına da öz mənfi təsirini göstərib. Bu sahədə durğunluq davam etməkdədir. Bəs əmlak bazarında durğunluğa səbəb olan əsas faktorlar hansılardır?
Ekspertin fikrincə, əvvəla, bu, alqı-satqı sövdələşmələrinin kəskin aşağı düşməsi, daha doğrusu, sıfır həddində olması ilə əlaqədardır.
"İndiki vəziyyətdə potensial alıcı və satıcı alqı-satqı prosedurunu müvəqqəti olaraq dayandırıb. Heç kim bu qeyri-müəyyən şəraitdə daşınmaz əmlak alqı-satqısına tələsmir, risk etmək istəmir, daha sərfəli dövrü gözləyir”, - deyən Orucovun fikrincə, daha bir səbəb karantinlə əlaqədar insanların müvəqqəti işsizliklə üzləşməsi və bir çox obyektlər kimi, rielter təşkilatlarının da öz fəaliyyətini məhdudlaşdırmasıdır. Ekspert başqa səbəblər kimi tikinti, bank-maliyyə və digər sektorlardakı durğunluğu göstərib.
Daşınmaş əmlak bazarındakı perspektiv qiymətlərə gəlincə, ekspert hesab edir ki, hər şey koronavirusla bağlı hadisələrin necə inkişaf etməsindən asılı olacaq:
"Biz proqnoz verərkən üç senarini nəzərdən keçiririk. Birinci, pozitiv senaridir. Bu senariyə görə, əgər vəziyyət may ayı, ən geci iyunun əvvəlinədək düzələrsə, artıq ilin 3-cü rübündən etibarən tələb-təklifin tam bərpası prosesi başlaya bilər. Yəni daşınmaz əmlak bazarındakı qiymətlərin 2019-cu ilin sonu səviyyəsinə qayıtmasını proqnozlaşdırmaq olar.
İkincisi, neqativ ssenaridir. Əgər bu hal yay aylarının ortalarına qədər davam edərsə, əmlak bazarındakı vəziyyət IV rübdən tez düzəlməyəcək. Həmin dövrə qədər də məlum səbəblərdən insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi, digər obyektiv və subyektiv səbəblər əmlak bazarına öz təsirini göstərəcək. Bunun nəticəsi olaraq, qiymətlərin 10-15 faiz aşağı düşmə ehtimalı meydana çıxacaq.
Üçüncüsü, kritik ssenaridir. Əgər vəziyyət sentyabra, yaxud ilin sonundək belə davam edərsə, daşınmaz əmlak bazarındakı qiymətlərdə 15, hətta 20 faizədək enmə müşahidə oluna bilər”.
Orucovun qənaətinə görə, daşınmaz əmlak bazarının taleyi pandemiyanın nə vaxt başa çatacağından birbaşa asılıdır.
Azərbaycanda koronavirusun yayıldığı ilk günlərdən başlayaraq, bu bəşəri bəlaya qarşı dövlət səviyyəsində mübarizənin başlanması, virusun yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planının təsdiqi, Nazirlər Kabineti yanında Operativ Qərargahin yaradılması ekspertdə əmlak bazarının gələcəyi barədə optimizm yaradır.
Orucov hesab edir ki, koronavirusun regionda yayıldığı ilk gündən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində xalqımız mümkün təhlükənin minimum həddini yaşamaqdadır. Dövlət başçısının verdiyi operativ qərarlar, hökumətin koronavirusa qarşı gördüyü tədbirlər sistemli, düşünülmüş, yaxşı planlaşdırılmışdır. Azərbaycanda vətəndaşların kütləvi şəkildə virusa yoluxmasının qarşısı alınıb. Ona görə də ekspert ümid edir ki, Azərbaycan tezliklə bu xəstəliyə qalib gələcək və daşınmaz əmlak bazarındakı vəziyyət də öz əvvəlki axarına qayıdacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2020, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-04-2020, 12:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01