Daha bir deputat Məmmədyarovu sərt tənqid etdi
"Diplomatik fəaliyyətə qəbul çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında aparılır. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil"
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycana heç bir ərazi güzəştinin edilməyəcəyinə dair son həyasız açıqlaması ölkəmizdə nə qədər hiddət doğurubsa, bizim Xarici İşlər Nazirliyinin bu bəyanata növbəti dişsiz cavabı da bir o qədər qıcıq və narazılıq yaradıb. İş o yerə çatıb ki, Milli Məclisin heç də aktiv üzvlərindən sayılmayan Cavanşir Feyziyev də ümumilikdə Xarici İşlər Nazirliyinin və onun rəhbərliyinin fəaliyyətini sərt tənqid edib.
RegionXəbərləri.com xəbər verir ki, deputat Cavanşir Feyziyev “Modern.az”-a verdiyi müsahibədə XİN-in fəaliyyətinin qənaətbəxş olmadığını, erməni tərəfinin həyasız açıqlamaları və bəyanatlarına lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərdən sonra XİN-in reaksiyası həmişə olduğu kimi bu dəfə də standart, eyni məzmunlu, dəfələrlə təkrarlanmış bir bəyanat oldu. Biz eyni bəyanatları 20 ildən çoxdur eşidirik və çox təəssüf ki, heç nə dəyişmir... Hər dəfə Ermənistanda hər hansı dəyişiklik baş verdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda vəziyyət bir qədər də mürəkkəbləşir. Yəni erməni tərəfi daha sərt ritorika ilə danışıqlara başlayır. Bunun müqabilində isə Azərbaycan xarici siyasət idarəsinin hər dəfə təkrarladığı bəyanatın mətni və məzmunu heç vaxt dəyişmir. Elə sonuncu bəyanat da növbətçi, təkrar bəyanatlardan biri idi.”
Deputat Elmar Məmədyarovun nazirliyini “utancaqlıqda” günahlandırıb və xarici siyasət idarəmizin zəifliyi səbəbindən Qarabağ münaqişəsində haqlı tərəf olduğumuz halda, haqsız kimi göründüyümüzü bildirib: “Ermənistan XİN başçısının o cür bəyanatından sonra Azərbaycan XİN-in bəyanatında sərt ritorikanın şahidi olmaq istərdik. Təəssüf ki, Azərbaycan XİN-in bəyanatında ritorik sual qoyulur ki, Ermənistanın xarici işlər naziri utanmır. Əlbəttə, utanmır. Utanan adamın siyasətdə nə işi var? Siyasət utananlar üçün deyil. Bu məntiqlə belə çıxır ki, bizim xarici siyasət idarəmiz utanır. Biz bu ətalətdən və təkrarçılıqdan yaxa qurtarmayınca, bu danışıqların heç bir nəticəsi olmayacaq və Ermənistan da bu vəziyyətdən sui-istifadə edərək status-kvonu qorumağa çalışacaq. Ermənistan xarici siyasətinin bu həyasızlığı qarşısında Azərbaycan diplomatiyasının, XİN-in verdiyi reaksiyalardan çıxan qənaət budur: haqlı olduğumuz halda sanki haqsız kimi görünürük, hücum etmək əvəzinə sanki müdafiə olunuruq”.
Cavanşir Feyziyev qeyd edib ki, hər şeyi “ikili standartlar” bəhanəsinin üzərinə yıxmaq olmaz və çox vaxt xarici siyasət idarəmizi təmsil edənlərin təsadüfi adamlar olması ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasına mane olur: “Bəzən ikili standartların mövcudluğundan lazım olduğundan çox danışırıq və hər şeyi onun ayağına yazmağa çalışırıq. Etiraf etməliyik ki, bu, bizim diplomatik fəaliyyətimizdən də asılıdır. Dünyanın çox böyük bir hissəsində diplomatlarımız çalışır. Amma onların faydalılıq əmsalını dəyərləndirən olubmu? Əlbəttə təcrübəli, vətənpərvər və fədakar diplomatlarımız da var və mən onların bəzilərini şəxsən tanıyıram. Amma bir çox hallarda diplomatik fəaliyyətlə məşğul olanlar bu sahədən uzaq, heç bir siyasi, intellektual hazırlığı olmayan və hətta tutduğu vəzifəyə görə heç bir məsuliyyət hiss etməyənlərdir. Ona görə də diplomatik fəaliyyətimiz bərbad haldadır. Ona görə də ermənilər bu dərəcədə həyasızlıq etməyə cürət edirlər.”
Deputat deyib ki, xarici siyasət idarəsində yerliçilik, regionçuluq hökm sürür və diplomatik korpusda vəziyyəti dəyişmək üçün XİN-də mütləq islahatlar aparılmalıdır: “Çıxış yolu yalnız və yalnız islahatlardır. Əslində, bizim xarici siyasət fəaliyyətimizdə köklü islahatlara ehtiyac var. Xüsusilə kadr islahatlarına. Bizim Diplomatik Akademiyamız var, Prezident yanında İdarəçilik Akademiyamız var, xaricdə təhsil alıb qayıtmış minlərlə gəncimiz var. Onlar haradadır, onların diplomatik fəaliyyətdə iştirakı varmı? Əlbəttə yox. Çünki diplomatik fəaliyyətə qəbul prosesi şəffaf deyil, çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında işə qəbul olunurlar. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil. Onlara sadəcə dünyanın qabaqcıl ölkələrində yaşamaq maraqlıdır. İşlədikləri ölkədə hər hansı kiçik bir uğur qazanılarsa dərhal öz adlarına yazmağa hazırdırlar, uğursuzluq olanda isə səbəbini kimlərinsə üstünə atmağa çalışırlar. İşlədikləri ölkələrdə keçirdikləri tədbirlərin çoxu görüntü xarakterlidir, heç bir effekti yoxdur. Sıralarında olan çalışqan, vətənpərvər gənclər isəədalətsiz yanaşma nəticəsində tamamilə demotivasiya olunublar. Çünki onlar da görürlər ki, diplomatik karyerada uğur qazanmaq üçün peşəkarlıq qabiliyyəti yox, başqa amillər əsas götürülür.”
Qeyd edək ki, indiyə qədər istər medianın, istərsə də müstəqil ekspertlərin, hətta bəzi aktiv deputatların XİN-in fəaliyyətini tənqid etməsinə rast gəlinib. Lakin Cavanşir Feyziyev kimi mediada az-az görünən, hakimiyyətyönlü və daha çox biznesmen kimi tanınan millət vəkilinin birdən-birə Elmar Məmmədyarovun nazirliyini “topa tutması” bir qədər gözlənilməz sayıla bilər. Deputatın bu tənqidlərinin doğrudan da milli təəssübkeşlikdən, yaxud hansısa başqa səbəblərdən qaynaqlandığına dair dəqiq bir şey demək çətin olsa da, səsləndirdiyi fikirlərin reallığı tam əks etdirdiyi şübhəsdizdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-04-2020, 22:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-04-2020, 22:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti