2 MANATLIQ ŞİRKƏTƏ 3 MİLYONLUQ TENDER... - İcra başçılarının "etibarlı" şirkəti bu dəfə Qobustanda!
İstər müstəqil ekspertlərin, istərsə də bir çox xarici təşkilatların tənqidlərinə baxmayaraq, təəssüf ki, Azərbaycanda dövlət satınalmaları və tenderlər sahəsi ən çox korrupsiyalaşmış və “qaranlıq əməliyyatların” baş tutduğu istiqamətlər kimi tanınmaqda davam edir.
Çoxsaylı şübhəli sövdələşmələr barədə dəfələrlə mətbuatda və bir çox təşkilatların hesabatlarında məlumatlar yer alsa da, büdcəyə çox baha başa gələn və haqlı narazılıqlar yaradan belə tenderlərin sayı azalmaq bilmir.
Bu gün isə mətbuatda nizamnamə kapitalı cəmi 2 manat olan və 2018-ci ilin oktyabrında yaradılan “Cənub Təmir Tikinti-1” MMC adlı şirkətin Qobustan Rayon İcra Hakimiyyətilə 2 milyon 935 min manatlıq müqavilə bağlandığına dair məlumat yayılıb.
Müqavilədə Qobustan şəhərində 48 mənzilli 2 bloklu 4 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub. Göründüyü kimi, yaradıldığının heç iki ili tamam olmayan və 2 manat nizamnamə kapitalına malik olan bir şirkətə belə külli miqdarda dəyərə malik işin etibar olunması istənilən ölkədə təəccüblə qarşılana bilər, ancaq bizdə yox.
Məsələ ondadır ki, geniş biznes dairələrində bir o qədər tanınmayan və təbii ki, yaranma müddətinə və təcrübəsinə görə “çiçəyi burnunda” sayıla biləcək bir şirkətlə milyonluq müqavilələr imzalanması təcrübəsi ölkəmiz üçün yeni deyil. Buna bənzər hallar çox olub və hər kəsə məlumdur ki, belə müqavilələr heç kimlə “qara qaşına və gözünə” görə bağlanmır.
Kiçik araşdırmamız göstərir ki, elə həmin bu şirkətlə ötən il də bir neçə milyonluq müqavilələr bağlanıb. Özü də yenə icra hakimiyyətlərindən biri ilə. Daha dəqiq desək, Biləsuvar rayon İcra Hakimiyyətilə. Belə ki, ötən il Biləsuvar Rayon İcra Hakimiyyəti “Cənub Təmir Tikinti 1”-lə ümumi dəyəri 752 min 226 manat olan iki müqavilə imzalayıb. Müqavilələrin birində Biləsuvar şəhərinin abadlaşdırılmasına 183 min 932 manat xərc çəkilməsi, digərində isə həmin şəhərin küçə yollarının əsaslı təmirinə 568 min 294 manat ayrılması nəzərdə tutlub.
Ancaq “Cənub Təmir Tikinti 1”-ə tapşırılan işlər bununla da bitmir. Həmin il sözügedən şirkətlə Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun adı verilən bir küçənin abadlaşdırılmasına dair 3 milyon manatlıq müqavilə bağlanması da mətbuatda müzakirə olunan və əsaslı korrupsiya şübhələrinə yol açan mövzu olmuşdu.
Onu da qeyd edək ki, 17 oktyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınan bu şirkətin hüquqi ünvanı Astara rayonunun Ərçivan kəndi, qanuni təmsilçisi isə Əmirkişiyev Qüdrət İsmət oğludur.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2020, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-04-2020, 14:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26