Hacı Əbdülün mülkü üstündə qırğın başladı: “Hamısının özünə saxlamaq istəyir”
“Babamın ikinci həyat yoldaşı hamımızdan televiziyaya şikayət edib. Biz də bundan sonradan xəbər tutduq. Məqsədi də babamdan qalan mülkə sahib olmaqdır. Babam dünyasını dəyişəndən sonra digər övladlarına da mülkdən pay düşürdü. Ancaq ikinci həyat yoldaşı heç kimi yaxın buraxmır”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Modern.az-a “Tövbə” Cəmiyyətinin mərhum sədri Hacı Əbdülün nəvəsi Fatimə Əbdülova məlumat verib.
Fatimə Əbdülova bildirib ki, babasının ikinci həyat yoldaşı birinci həyat yoldaşından olan 6 qızı və oğlunu mirasa yaxın buraxmayıb:
“Əslində babamın mülkü hər bir övladı arasında bölünməli idi. Ancaq ikinci yoldaşı bunu istəmirdi. Hətta babamın sağlığında da ailəmizə söz-söhbətlər salırdı. Biz kamera görüntülərini yoxlamağa gedəndə icazə vermədi. Biz ona dedik ki, “gəl səninlə gedək”. O isə bizdən qabaq polislə bağa gedib. O qadın mülklərin bölünməsini istəmir və hamısının özünə qalmasına çalışır. Biz istəyirik ki, “Tövbə” Cəmiyyətinə də babamın böyük oğlu sahib çıxsın. Çünki varisi atamdır”.
Hacı Əbdülün nəvəsi babasının vəfatından da söz açıb: “Babam dünyasını dəyişən günə qədər yaxşı idi. Hətta bizimlə telefonda danışanda deyirdi ki, “efirlərə baxıram ürəyim sıxılır. Elə deyirlər evdə qalın, çölə çıxmayın”.
Qeyd edək ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu il aprelin 6-da 79 yaşında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Hacı Əbdül Əbdülovun ikinci həyat yoldaşının 37 yaşı var. Mərhumun ikinci həyat yoldaşından 5 övladı qalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-04-2020, 19:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-04-2020, 19:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26