“Heç bir problem yoxdur, yayılan xəbərlər…” - Fuad Abbasov
Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı. Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.
Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.
Musavat.com xəbər verir ki, Fuad Abbasov axşama doğru yaydığı açıqlama bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: “Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.
Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.
Musavat.com -a başqa mənbədən məlumat daxil olub ki, Fuad Abbasov aprelin 9-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da təsdiq edib.
Fuad Abbasov özü isə instaqram səhifəsində tapmaca kimi bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar arzularını gerçəklik kimi qələmə verirlər. Lakin Fuad Abbasov Afrikada da jurnalistdir…
***
Jurnalist Fuad Abbasov Rusiyadan deport edilir. Aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb.
Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir. Xəbəri Yenicağ.ru yayıb.
Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyini ən qatı müdafiəçisi kimi tanınır.
Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravoasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğura nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.
Miqrasiya Xidmətini Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl (təxminən 230 min dollar) müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb. Xəbərdə o da bildirilir ki, Rusiyadakı bir neçə azərbaycanlı icması da jurnalistin deport edilməsi üçün Moskva məhkəməsinə müraciət edib. Səbəb kimi onun fəaliyyətinin Azərbaycan diasporunun Rusiya ictimaiyyəti qarşısında gözdən salınmasına xidmət etdiyi göstərilib.
Yada salaq ki, bu, 2019-cu ildə fəal azərbaycanlılarla bağlı Rusiya məhkəmələrinin ikinci qərarıdır. AzerRos-un keçmiş rəhbəri Söyün Sadıqov da bir müddət öncə həbs edilib. Fuad Abbasov faktında olduğu kimi onun saxlanmasında da Rusiyadakı erməni diasporunun əli olduğu bildirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-04-2019, 22:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-04-2019, 22:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01