İşıq limiti artırıldı: Növbədə qaz və su var - “Təklifləri artıq göndərmişik”
Xəbər verildiyi kimi, Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.
Bu məsələ Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının, bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı "Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı"da əksini tapıb. Hazırda Azərbaycanda aylıq elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt-saatdır. Bu limit çərçivəsində elektrik enerjisinin 1 kVt-saatı 7 qəpikdən hesablanır. Limiti keçdikdə istifadə edilən elektrik enerjisinin 1 kVt-saatı üçün qiyməti 11 qəpikdən hesablanır. Yeni proqrama görə, limitin 400 kVt-saatadək artırılması nəzərdə tutulur.
Nəzərə almaq lazımdır ki, karantin rejimində insanların evdə qalması digər kommunal xidmətlərdən intensiv istifadəyə ehtiyac yaradıb. Belə bir zamanda qaz limitinə nə vaxt baxılacağı maraq doğrurur Nəzərə alaq ki, havalar hələ soyuq keçir və bölgələrə hətta qar yağıb.
Millət vəkili Əli Məsimli Cebhe.info-ya açıqlamasında sözügedən məsələ ilə bağlı təklifləri aidiyyatı orqanlara göndərdiklərini bildirib:
“Koronavirus və onun ətrafında gedən proseslər səhiyyə məsələsi çərçivəsindən çıxıb, çox ciddi iqtisadi, sosial və psixoloji problemlər yaratmağa başlayıb.
Qeyd edim ki, problemin sadalanan tərəflərində gərginliyin səngidilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı əsasında koronavirusun və onun ətrafında gedən proseslərin Azərbaycan iqtisadiyyatına,sahibkarlara vurduğu ziyanın təsirinin aradan qaldırılması, eləcə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı 4 işçi qrupu yaradılıb. Bu istiqamətdə hazırlanan proqramlara öncə 1 milyard manat ayrılıb. Sonradan həmin məbləğ 2,5 milyard manata qaldırılıb. Hesablamalar dəqiqləşdirildikcə, bu rəqəm 3 milyard və ondan da çox olacaq. Hazırlanmış 10 proqram aprelin 4-də Baş nazir tərəfindən təsdiq edilib və işə başlanılıb. Proqramda kommunal xərclərlə bağlı yalnız elektrik enerjisindən istifadənin limitinin 300 kVt saatdan 400 kVt saata çatdırılmsı öz əksini tapıb. Yəni proqram qəbul olunandan sonra hazırkı variantdan fərqli olaraq, əhali 400 kVt saata qədər elektik sərfiyyatının hər kVt saatını 7 qəpikdən, ondan yuxarı sərfiyyatın hər kVt saatını isə 11 qəpikdən ödəyəcək. Əvvəla onu deyim ki, əhalinin əksəriyyəti bu dəyişiklikdən faydalanmayacaq, faydalananın isə qənaət etdiyi pul bir neçə manatdan artıq olmayacaq”.
Millət vəkili də təsdiq edib ki, tətbiq olunan xüsusi rejim şəraitində əhalinin evlərdə qalması təkcə işıqdan yox, bütün kommunal xidmətlərdən daha intensiv istifadəyə gətirib çıxarıb:
“Buna görə də əhaliyə təkcə elektrik enerjisi sahəsində yox, bütün kommunal ödənişlər, xüsusilə də qaz və su xidmətlərinə görə ödənişlərdə güzəştləri zəruri hesab edirik. Biz bu istqamətdəki təkliflərimizi aidiyyatı orqanlara göndərmişik. Ümid edirik ki, proqramda bu vacib məsələyə bir də qayıdılacaq və müsbət həllini tapacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-04-2020, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-04-2020, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti