reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tanınmış Vəkil Adəm Məmmədov Niyə Peşakar Vəkiliyə Yenidən Qayıtdı?

reklam

Tanınmış Vəkil Adəm Məmmədov Niyə Peşakar Vəkiliyə Yenidən Qayıtdı?


Bu fikirləri tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsindən paylaşıb.

Hörmətli həmvətənlər!

Prezidentimiz son fərman və sərancamları ilə, həqiqətən, Azərbaycanda yeni bir dönəmin başladığını elan edib ortaya siyasi iradə qoydu. Əsasən də, 03.04.2019-cu il tarixli məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqındakı son fərman məni bir neçə ay bundan əvvəl peşəkar vəkillik fəaliyyətimi dayandırmaq barədə qəbul etdiyim qərara yenidən baxmağa vadar etdi.
Mən peşəkar vəkillik fəaliyyətimə aktiv olaraq qayıdıram!
Gələcəkdə, onsuz da, mükəmməl olan bu fərmandakı müddəalara öz peşəkar münasibətimi bildirəcəyəm. 5 illik peşəkar fəaliyyətimdə 42 bəarət qərarının qəbul edilməsinə nail olmuş bir vəkil kimi, qarşınızda söz verirəm: bu yeni prinsipial dönəmdə yuxarıdakı göstəricilərimi artırmaqla bərabər, həm də vətandaşlarımızın ağrılı yeri olan bəzi hakimlər tərəfindən ədalətsizcəsinə pozulmuş mülki hüquqlarının bərpasında yaxından iştirak edəcəyəm.
Eyni zamanda layihə rəhbəri və aparıcısı olduğum “Hüquq və Ədalət” verilişi artıq bərpa olunur.

P.S. Daha geniş məlumat və düşüncələrimi media orqanlarında, həmçinin saytlarda sizinlə paylaşacağam.







Paylaş:


Müəllif : Tarix:
11-04-2019, 22:57
Sikayət   


loading...
Загрузка...