Azərbaycan təhsilində məcburi virtuallaşma: - Yeni sistemə keçəcəyik
Bildiyimiz kimi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə mart ayının 11-dən “Mədəniyyət”, 13-dən isə “ARB Günəş” kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edilir. Teledərslərin bütün ölkə ərazisinə yayımlanan televiziya kanalları vasitəsilə nümayiş etdirilməsində əsas məqsəd tədrisdə yaranmış fasilə zamanı hər bir şagird üçün əlçatanlığı təmin etməkdir. Bununla yanaşı, şagirdlər teledərsləri və hər bir fənn üzrə əlavə video materialları Təhsil Nazirliyinin elektron portalında (www.video.edu.az) onlara uyğun olan vaxtda da izləmək imkanına malikdirlər.
Bundan əlavə, aprel ayının 2-dən etibarən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə də start verilib. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq. “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq.
Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər. “Microsoft Teams” proqramı vasitəsilə hazırda ali təhsil müəssisələri və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün də onlayn dərslərin tətbiqinə çalışılır.
Maraqlıdır, teledərslər, onlayn dərslər nə dərəcədə effektlidir, səmərə verirmi, əskiklikləri nədən ibarətdir? Suallarımıza təhsil ekspertləri ələ AYNA tutmağa çalışdıq.
“Qarşıdakı 15-20 gün ərzində müəyyən irəliləyiş əldə olunacaq”
Elçin Əfəndinin sözlərinə görə, artıq təhsil sistemi konkret olaraq onlaynlaşır, ancaq onlayn dərslərin effektivliyi istənilən halda real dərs qədər olmayacaq: “Amma çalışmaq lazımdır ki, 100% olmasa da, ən azı, 90% üzəri effektiv nəticə əldə olunsun. Hazırda sistem, demək olar ki, qurulmayıb, pərakəndəlik var. Ona görə də mövcud şəraitdə səmərədən söhbət gedə bilməz. Düşünürəm ki, qarşıdakı 15-20 gün ərzində artıq müəyyən qədər irəliləyiş əldə olunacaq”.
Buraxılış imtahanlarında şagirdlərin 70-80 faizi aşağı qiymət alır ...
“Bütün bu tətbiqlər müasir günümüzün ümumdünya üzrə tələbidir desək, yanılmarıq. Artıq cəmiyyət olaraq qəbul etməliyik ki, qarşıda bizi yalnız virtual, digitallaşmış sistem gözləyir. Biz bu sistemdən daha da fayda əldə etmək üçün ilk növbədə ölkəmizdə internetin əlçatanlığını və sürətini tənzimləməliyik. Hazırda başlıca əskiklik bundan ibarətdir”, - deyə ekspert qeyd edib.
E.Əfəndinin fikrincə, digər əskiklər sırf informasiya texnologiyalarından uzaq qalan müəllim heyəti ilə bağlıdır ki, onlar da artıq yerlərini gənc kadrlara verəcəklər: “Çünki istənilən halda onlar bu sistemlə ayaqlaşa bilməyəcəklər. İndi sistem sadə gələ bilər, amma qarşıda çox mürəkkəb olacaq ki, qeyd etdiyim kateqoriyaya aid müəllimlər prosesdən kənarda qalacaqlar”.
“Növbəti əskiklik isə ümumi arealın tam əhatə olunmaması və ya olarsa belə, arealda olan fərdlərin hər birinin sistemdən eyni dərəcədə yararlana bilməməsidir. Bunun da iki başlıca problemi var: Birinci, ölkə ərazisində internetin tam əhatəliliyinin təmin olunmaması; ikinci, maddi çətinlikdən əziyyət çəkən fərdlər. Düşünürəm ki, bu məqsədlə də xüsusi nəzarət sistemi qurulmalı və bu problemin aradan qaldırılmasına çalışılmalıdır. Onu da bildirim ki, Təhsil Nazirliyi tətbiqin tam həllinə qədər humanist davranış sərgiləməlidir”, - müsahibimiz vurğulayıb.
“EVTA layihəsi şagirdlər üçün göydəndüşmədir”
Kamran Əsədov fikrinə dərslərin dayandırılmasının doğurduğu narahatlıqları sadalamaqla başlayıb: “Hazırda qüvvədə olan qərara görə, orta və ali məktəblər, ən yaxşı halda 20 apreldə yenidən tədris prosesini bərpa edə bilər. Nəzərə alsaq ki, 3 martdan etibarən ölkə ərazisində bütün tədris dayandırılıb, bu, o deməkdir ki, geri qayıdanda kifayət qədər mövzu məsafəsi yarana bilər. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə isə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər”.
Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ...
“Ona görə də Təhsil Nazirliyinin, eyni zamanda ITCITY (www.itcity.az) şirkətinin evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri məqsədi ilə EVTA layihəsini olduqca müsbət qiymətləndirirəm. Həm Təhsil Nazirliyinin virtual məktəb platforması, həm də EVTA layihəsi ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığın təmin edir. Resurs çatışmazlığını nəzərə alsaq, EVTA layihəsi şagirdlər üçün göydəndüşmə olacaq. EVTA layihəsi tam şəkildə proqramı əhatə edir, həmçinin proqramın istifadəsi çox rahatdır. Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq”, - K.Əsədov qeyd edib.
Ekspert xatırladıb ki, 2009-cu ildən qanuvericilikdə distant təhsil - məsafədən təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülməyib: “Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant təhsil çox zəruridir. Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, orta məktəb səviyyəsində belə, distant - onlayn təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq. Bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Pandemiyadan sonra, hətta qəbul imtahanlarının, elektron ərizə qəbulunun da onlayn olması mümkündür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə biləcəklər”.
“Nəzərə alaq ki, təhsil verənlərin təhsil alanlara lazımi bilik və bacarıqları çatdırması üçün onlayn sistemdə böyük məkanlara ehtiyac yoxdur. Lazımi avadanlıqlar qurulmuş balaca otaqlar belə, yetərlidir. Bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq. Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb. Ümumilikdə, bizi yeni bir dövr gözləyir”, - Əsədov vurğulayıb.
QEYD:
Sonda qeyd edək ki, Nazirlər Kabineti (NK) adından kimlərsə yalnış informasiya yayaraq II semestrin və eləcə də dərslərin təxirə salındığını, dərslərin 15 sentyabrda başlanacağı ilə bağlı qeyri-rəsmi və əsası olmayan məlumat yayıb. NK diqqətə çatdırır ki, belə bir məlumat yoxdur və bunu yayan şəxs və ya şəxslər barədə ciddi tədbir görüləcək: “Vətəndaşları belə şayiələrə inanmamağa və yalnız Nazirlər Kabinetinin, eləcə də rəsmi qurumların məlumatlarını izləməyə çağırırıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2020, 11:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-04-2020, 11:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11