ADNSU-da onlayn təhsilə start verildi
Azərbaycan Respublikasında koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar martın 29-dan saat 08:30-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) onlayn təhsilə başlayıb.
08:30-da 75 fənn üzrə dərslərə start verildiyi halda, saat 11:00-da onlayn formada keçirilən dərslərin sayı 150-yə çatıb.
Aprel ayının 1-dək ADNSU-da onlayn formada təhsil tədrisin planı üzrə dərslərin 100%-ni əhatə edəcək.
ADNSU-da onlayn təhsil Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında gerçəkləşdirilib. Onlayn-təhsil Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi “Microsoft Teams” platforması üzərində təşkil olunub. Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın nəticəsi olaraq “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.
ADNSU-da 12 oktyabr 2016-cı il tarixindən təkmillləşdirimiş elektron universitet-Unibook-un istifadəyə verilməsi sayəsində universitetin hər bir tələbəsinə fərdi şifrəsi vasitəsilə portala daxil olaraq burada yerləşdirilmiş bütün məlumatlar, sillabuslar, mühazirələr, təqdimat materialları, fənn proqramları, imtahan sualları, elektron dərs vəsaitləri, o cümlədən Word formatında ədəbiyyatlar, dərs cədvəlləri ilə tanış olmaq imkanı yaradılıb.
Unobook-da dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Tələbələr Unibook vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.
ADNSU-nun qabaqcıl Unibook sistemi “Microsoft Teams” platformasının imkanları ilə birlikdə video bağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün iteraktiv alətlərdən, habelə təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması, qrup işinin təşkili kimi alətlərdən istifadə edərək onlayn təhsilin effektiv şəkildə təşkilini təmin edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2020, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-03-2020, 14:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11