reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qripi yayan bu qida əlavəsi imiş — Yediyimiz məhsullarda var

reklam

Qripi yayan bu qida əlavəsi imiş — Yediyimiz məhsullarda var


Son illər qrip epidemiyasının geniş vüsət almasında E -319 adlı qida əlavəsini ittiham ediblər.

Bu qənaətə Miçiqan Universitetinin alimləri öz yeni təcrübələrində gəliblər.

Siçanlar üzərində aparılan təcrübələrdə aşkar olunub ki, butilhidroxinon – E-319 adlı qida əlavəsi əsas immun hüceyrələrə təzyiq edir. Bu hüceyrələr T killer hüceyrələridir ki, qrip virusuna qarşı mübarizə aparır.

Belə ki, bir qrup siçana E 319 əlavəli qida verdikdən sonra onları qrip virusu ilə yoluxdurublar. Bu siçanlar qriplə daha uzun müddət mübarizə aparıb və daha çox çəki itiriblər.

Lahiyənin müəllifi Robert Friborn hesab edir ki, hazırda qida sənayesində çox ərzaqlara əlavə olunan E 319 insanlığın qriplə mübarizədə aciz qalmasına səbəb olub.

Hətta peyvəndlər belə effekt vermir. Çünki müasir insan hər gün qida ilə bu maddəni alır.
E 319 çipsilərdə, quru yeməklərdə, yarımfabrikatlarda, şirniyyatlarda, paketlənmiş məhsullarda, souslarda olur.(Medicina.az)


Paylaş:


Müəllif : Tarix:
10-04-2019, 13:20
Sikayət   


loading...
Загрузка...