Valideynlərini itirmiş uşaqlarlarla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarların təhsili ilə bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir.
regionxeberlericom.az-un Trend-ə istinadən məlumatına görə, “Təhsil haqqında” qanunun hazırkı variantına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Yeni təklif olunan variantda isə qeyd edilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Qeyd edək ki, sözügedən dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2020, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2020, 11:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11