İnternet sürətini artırmağın – 8 üsulu
Britaniyanın “Virgin Media” şirkətinin ekspertləri simsiz internetin sürətini artırmağın 8 üsulunu açıqlayıb.
Bu barədə “San” nəşri yazıb.
İstifadəçilər ilk növbədə öz internet-brauzerlərinin keşini təmizləməlidir. Belə ki, bu, brauzerin sürətini yüksəldə bilər. Bundan əlavə, brauzerin versiyasına da diqqət yetirmək lazımdır, mümkün olduğu halda onu yeniləmək gərəkdir.
Ekspertlərin fikrincə, internetin sürətinə həmçinin antivirus proqram təminatı da təsir göstərir. Bu halda yalnız keyfiyyətli proqram təminatı seçmək lazımdır.
Daha bir üsul fon proqramlarının bağlanmasıdır. Belə ki, bu tip proqramların işi internetin sürətinə mənfi təsir göstərir.
Vay-Fay routerinin harada yerləşməsinə diqqət yetirilməlidir. Qoşulmanın sürətini artırmaq üçün routeri mümkün qədər yüksəkdə yerləşdirməyi yoxlamaq və ya daha yaxşı çalışdığı yerlərə qoymaq lazımdır. Routeri pəncərə kənarında yerləşdirmək məqsədəuyğun sayılmır, belə ki, bu zaman məkanın daxilində siqnalın gücü zəifləyəcək.
Ev şəbəkəsinə şifrə qoyulması yaddan çıxarılmamalıdır. Əks halda digər istifadəçilər maneəsiz şəkildə qoşula və internetin sürətini aşağı sala bilərlər.
Evlərdə siqnalın qalın divarlar və müxtəlif izolyasiya vasitələri tərəfindən bloklandığı “qara nöqtə”lərin sayını nəzərə almaq da gərəklidir. Bu ərazilərdə yönləndiricini yerləşdirməkdən qaçmaq lazımdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-04-2019, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-04-2019, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti