Bəzi məktəblər 5, bəziləri 6 günlükdür – "Uşaqların psixologiyasına təsir edir"
Ölkədə fəaliyyət göstərən məktəblərin bir qismi 5, digər qismi isə 6 günlükdür. Belə olduğu təqdirdə uşaqlar arasında ayrı seçkilik düşür deyə bilərik. Yəni, bir uşaq həftədə 2 gün istirahət edərkən, digəri 1 gün belə istirahət edə bilmir. Bu eyni zamanda bayram və tətil günlərində öz təsirini göstərir. 2020-ci ilin qış tətilinə nəzər yetirsək (27-31 yanvar), 5 günlük oxuyan şagirdlər 7 gün, 6 günlük oxuyan şagirdlər isə 5 gün istirahət edə bildilər. Sistemin belə qurulması ümumiyyətlə nədən asılıdır? Bu uşaq psixologiyasına necə təsir göstərir?
Təhsil eksperti Səbuhi Hüseynov Yeniavaz.com-a açıqlamasında iki formalı dərs sistemini şagird sayının həddindən çox olması ilə əlaqələndirdi:
“Bu gün məktəblərin böyük bir qismi 5 günlük dərs sistemi ilə işləsələr də, 6 günlük olanlar da var. Bu sistem daha çox ibtidai siniflərdə deyil, yuxarı sinflərə də aid edilir. 6 günlük məktəblərin böyük bir qismi əsasən Bakıdadır. Həmin məktəblərin 5 və ya 6 gün olmasını isə məktəbin Pedaqoji Şurasının qərarı müəyyənləşdirə bilər. Bunun da əsas səbəbi bəzi məktəblərdə şagird sayının həddindən çox olmasıdır. Belə olduğu təqdirdə məktəblər 2 növbəli, hətta bəzi hallarda 3 növbəli olurlar. Məsələn, 8-9-10-11-ci siniflərdə 32-35 həftəlik dərs saatı var. 35 saatlıq dərs biri var 6 günə bölünsün, biri də var 5 günə. Bu zaman bir günə 7 saat, 6 günlük olduqda isə 5-6 saat dərs düşür. Qısaca desək, dərs proqramı eynidir, sadəcə 6 günlük olduqda saatlar günlər üzrə az, 5 gün olanda çox olur”.
Ekspert eyni zamanda 5 günlük dərs proqramının həm uşaq, həm də müəllim üçün daha faydalı olduğunu bildirdi:
“Elə olduğu təqdirdə həm müəllim, həm də şagird iki gün istirahət edir. Dünya təhsil sisteminə baxsaq ən liderlərdən biri də Finlandiyadır. Orada hakimiyyətə gələn yeni Baş nazirin idarə heyəti məktəblərin 4 günlük sistemə keçməsini təklif edib. Məqsəd ortaya daha keyfiyyətli iş qabiliyyəti çıxarmaqdı. Bakı ətrafı qəsəbələrdə çox ciddi məskunlaşma var. Orada bir məktəbdə olan şagird sayı bəzən 3000-4000-ə qədər çatır. O məktəblər həmin şagirdləri yerləşdirmək üçün başqa alternativləri olmadığından, məcburiyyətdən bu gedişi etməli olurlar. Yəni, ya bunu etməlidirlər, ya da məktəb 2 və 3 növbəli səviyyəyə çatmalıdır. Belə olduqda daha ciddi problemlər ortaya çıxa bilər”.
Uşaq psixoloqu Rübabə Mərdanova mövzu ilə bağlı Yeniavaz.com-a açıqlamasında bu halın uşaq psixologiyasına təsir etdiyini və etirazlarına səbəb olduğunu bildirdi:
“İlk növbədə onu deyim ki, 5 və 6 günlük məktəblərdə dərs sistemi eynidir. Sadəcə bunun iki formada tətbiq olunması uşaqların psixologiyasına təsir edir. Mənim övladım 7-ci sinfə qədər 5 günlük dərs sistemi ilə məktəbə gedib. 8-ci sinifdən isə artıq 6 günlüyə keçib. Bugünə qədər də deyir ki, mən şənbə günləri istirahət edib, bazar günü isə növbəti həftənin dərslərini edirdim. Heç olmasa həftədə bir dəfə istirahət etməliyəm. Şənbə günü məktəbdən gələn kimi bütün uşaqlar dərs edir. Ümumiyyətlə məktəblərdə dərs yükü çox ağırdır. Uşaqların ümumiyyətlə dincəlmə imkanı yoxdur. Ev tapşırıqlarına ayrılan vaxt ibtidai siniflərdə 1 saat 30 dəqiqə, 4-5-ci siniflərdə 2 saat, 10-11-ci siniflərdə 3 saat 30 dəqiqə olmalıdır. Lakin ibtidai sinflər, yuxarı sinflərdəki kimi, hətta deyərdim daha çox 5-6 saat ev tapşırığı edirlər. Yəni, burada uşağın psixoloji durumu nəzərə alınmır və deyirlər ki, hər kəs bunun öhtəsindən gəlməlidir. Belə hallarda hətta uşaqların tətil vaxtlarında da qarışıqlıq düşür. Oğlum mənə qış tətilində də etiraz etdi ki, belə tətillərdə biz daha çox istirahət eləməliyik. Bundan əlavə müəllimlər jurnal yazanda da çaşbaş qalırlar. Buna görə də heç olmasa şənbə günü uşağa istirahət verilməlidir ki, həftə boyu yaşadığı gərginliyi ata bilsin”.
Psixoloq eyni zamanda bəzi məktəblərdə ibtidai siniflərin səhər 8-də, bəzilərinin isə 9-da başlanmasının uşaqlara hansı formada psixoloji təsir etməsi məsələsinə də toxundu. O, bildirdi ki, bu hal uşaq psixologiyasına təsir edir və onların özlərini yarımçıq hiss etmələrinə səbəb olur:
“Biz psixoloqlar neçə illərdir, etiraz edirik ki, dərslər səhər saat 9-da başlanılsın. Xüsusilə aşağı sinifdə oxuyan uşaqların yuxu rejimi böyüklərə nisbətən daha çoxdur. Böyüklərə 7-8 saat yuxu kifayət edirsə, bu 6 yaşlı uşağa kifayət eləmir. Buna görə də bəzi valideynlər artıq 9-dan etibarən uşaqlarını yatızdırırlar. Hətta qış aylarında səhər hava gec işıqlanır, buna görə də uşaq qaranlıqda oyananda özünü yarımçıq hiss edir. Çünki, həmin uşaq doyunca yatmır. Elə uşaqlar var ki, oxuduğu məktəb yaşadığı ünvandan uzaqdadır. Bu zaman o, saat 6-da oyanıb, hazırlaşıb 7-də yola çıxmalıdır ki, 8-də dərsdə olsun. Uşağın təhsil almasında daha çox psixoloji tərəflər önə çəkilməlidir. Lakin təəssüf ki, bizdə bu həmişə arxa planda olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2020, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-02-2020, 16:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11