Bakı apteklərində koronavirus işbazlığı - tibbi maska 20 qəpik oldu
Bakı apteklərində satılan ağız maskalarının qiyməti bahalaşıb. Buna “Yeni Müsavat”ın əməkdaşı araşdırma apararkən şahid olub.
Müxbirimiz öyrənib ki, apteklərdə 10 qəpiyə satılan maskalar indi 20 qəpiyə qalxıb. Əczaçılar bunu ölkədə yayılmış qrip və dünyanı təşvişə salan koronavirusla izah edirlər. Azərbaycanda da Çindən gələnlərin karantinə alınması, həyəcanlı xəbərlər maskanın qiymətinə təsir edib.
Aptekçilər qeyd edirlər ki, ağız maskalarının qiymətinin 20 qəpik olması həm də defisitlə əlaqəlidir. Yəni dərman bazarında çatışmazlıq var.
Ona görə də əvvəl 20 qəpiyə iki tibbi maska almaq olurdusa, indi bir ədəd düşür. Əczaxanalarda işləyənlərin sözlərinə görə, tibbi maskalara tələbat artıb və bu qış mövsümündə olduğundan artıq satıblar.
Virtualaz.org yazıb ki, “Zeytun” apteklərində bir ədədi 30 qəpiyə, “Avis” aptek şəbəkəsində isə 40 qəpiyə satılır. “Təbib” aptekdə də maskanın 1 ədədi 35 qəpiyə satılır. Lakin bizim olduğumuz apteklərdə maska 20 qəpiyə idi.
Ümumdünya Səhiyyə Təşkilatı respiratorlara tələbatın 100 dəfədən çox artdığını və bunun da onların dəyərini 20 dəfədən çox yüksəltdiyini açıqlayıb.
Qoruyucu maskaların çatışmaması şəraitində ilk növbədə səhiyyə işçilərinin təmin edilməsi nəzərdə tutulur. Dünyadakı maska qıtlığı fonunda Azərbaycanda da tibbi maskaların qiyməti qaldırılıb.
Artıq Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verib.
Bildirilir ki, yeni koronavirus xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.
Bunu nəzərə alaraq, 2020-ci il mayın 1-dək həmin preparat və vasitələrin ölkə ərazisindən aparılmasının məhdudlaşdırılması barədə qərar verilib...
Bu arada Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Fevralın 19-da üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır.
Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəliblər. Hava limanına daxil olan tələbələr öz istəkləri ilə həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.
Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.
Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov isə qardaş ölkədə koronavirusla bağlı tədqiqat aparır.
Alim tədqiqatlar nəticəsində koronavirusa qarşı hədəf zülallarını müəyyən edib. Bu yaxınlarda zülalların bitki yarpaqlarının hüceyrələrinə köçürülməsi nəzərdə tutulur. Bu hüceyrələrdə virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.
Tərlan Məmmədov həmçinin hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir.
***
Çinə gəlincə, yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 74 min 279, bu virus səbəbindən ölənlər isə 2007 nəfərə çatıb.
Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 5 min 248 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı 14 min 387 nəfərdir, 12 minə yaxın xəstənin vəziyyəti ağırdır.
Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 574 min nəfəri müəyyən edib, onlardan 135 mini həkim nəzarətinə alınıb.
Respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan COVID-19-un kanalizasiya sistemi vasitəsilə də yayılmasının mümkün olduğunu deyib.
Nanşan bu səbəbdən ictimaiyyətə ev və iş yerlərində, ictimai binalarda, xüsusən xəstəxanalardakı kanalizasiya borularının normal işlədiklərini yoxlamağı tövsiyə edib.
O, kanalizasiya borularındakı tıxacların tullantı sularında ehtimal olunan virusun havaya buxarlanmasına və beləliklə insanlara yoluxmasına imkan yarada biləcəyini deyib.
Akademikin rəhbərlik etdiyi qrup koronavirusa yoluxmuş bir neçə xəstənin nəcis nümunələrində COVID-19 ştammını aşkar ediblər.
Bu, koronavirusun həzm orqanları və nəcisdə yaşamağa davam etdiyini, bu yolla yayılma şübhəsini ortaya çıxarıb.
Nanşan 2003-cü ildə SARS epidemiyası zamanı kanalizasiya sisteminin qüsurlu konstruksiyası səbəbindən Honkonqda 300-dən çox adamın xəstəliyə yoluxduğunu xatırladıb.
Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə 900-dən çox yoluxma halı, Çinin hüdudlarından kənarda - Filippin, Yaponiya və Fransada isə ölüm faktı qeydə alınıb.
Belə bir ərəfədə Rusiyanın baş naziri Mixail Mişustin çox sərt qərar verib. Çin vətəndaşlarının ölkə ərazisinə girişinə qadağa qoyan sərəncam imzalayıb.
Çinlilərin turizm, işgüzar və digər məqsədlərlə Rusiyaya girişinə fevralın 20-dən etibarən icazə verilməyəcək. Qərarın qəbul edilməsinə səbəb Çində koronavirusun sürətlə yayılmasıdır.
Məşhur küveytli bloger və ictimai fəal Salva əl-Matiri koronavirusa qarşı hazırladığı “müalicə metodu”na görə 3,2 milyard dollar tələb edib.
Bu məlumatı Matiri “Snapçat” sosial şəbəkəsində paylaşıb. O, özünün hazırladığı müalicə metodunu Çinin Küveytdəki səfirliyinə gətirib.
“Mən Çin səfirliyi qarşısındayam ki, koronavirusun müalicə imkanları barədə qeydlərimi təqdim edim”, - deyə o paylaşıb.
Bundan öncə Ceki Çan koronavirusa qarşı dərman tapana 143 min dollar mükafat verəcəyini söyləyib.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-02-2020, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-02-2020, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11