Bazarda saxta brendlər: Yağ adına nə alırıq? - PROBLEM
Azərbaycanda satılan yağların keyfiyyəti istehlakçıları ciddi şəkildə narahat edir.
Bazarda müxtəlif adlarda və müxtəlif qiymətlərdə yağlara rast gəlinir. Əsas problem isə yağların öz adları ilə satılmaması və tərkibinin düzgün olaraq göstərilməməsi ilə bağlı yaranır. Bir sıra naməlum tərkibli yağlar “kərə yağı” adı altında istehlakçılara satılır. Bəzi yağların üzərində tərkibi ilə bağlı məlumatlar olsa da, onlar çox kiçik hərflərlə yazılır. Alıcının onu market şəraitində sezməsi mümkünsüz olur. Satıcılar isə bu məhsulun kərə yağı olduğuna inad edir.
Yalnız ev şəraitində xüsusi işıqlandırma şəraitində yağın tərkibi haqqında məlumatı oxumaq mümkün olur. Bu zaman isə bəzi hallarda alıcıya məhsulun tərkibində yalnız 15-20 faiz kərə yağının olduğu məlum olur. İstehlakçıların keyfiyyətli və təmiz kərə yağının axtarışında olmasına baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyinə cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyi satışda keyfiyyətsiz yağların olduğunu açıqlasa da, onların adları bəyan etmir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu il ərzində Azərbaycana 12 116 tonluq kərə yağı idxal olunub. İdxal olunan kərə yağının dəyəri isə 61,68 milyon ABŞ dollarından çox olub. İdxal olunan kərə yağının yarıdan çoxu isə Yeni Zelandiyanın payına düşüb. Bu ölkədən ölkəmizə 6,146 ton, 31,8 milyon dollarlıq kərə yağı idxal olunub. Y.Zelandiyadan idxal olunan kərə yağının 1 kq 5,17 dollar təşkil edib ki, bu da 2018-ci ildəki qiymətdən daha ucuzdur. Belə ki, 2018-ci ildə Y.Zellandiyadan gətirilən 1 kq yağ 5,99 dollar dəyərində olub. Qiymətin daha yüksək olması bu ölkədən idxalən daha çox olması ilə bağlı olub. Qeyd edək ki, ən çox kərə yağı idxal olunan ölkələr arasında ikinci yeri Ukrayna, üçüncü yeri isə Belarus tutub.
Maraqlıdır, idxalda böyük üstünlük təşkil edən Yeni Zelandiya yağları, həqiqətən, kərə yağlarıdırmı və onların keyfiyyəti necədir?
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında Yeni Zellandiya yağlarının keyfiyyəti ilə bağlı quruma daim müraciət olunduğunu bildirib:
“Üç il öncə Yeni Zelandiyada olarkən, Azərbaycana yağ göndərən zavodun fəaliyyəti ilə maraqlandım. Orada məhsulun istehsalı, qablaşdırılması, Azərbaycan dilində markalanması prosesi ilə tanış oldum. Bundan başqa həmin fabrikə süd verən təsərrüfatda da oldum. Bu zaman müşahidə etdim ki, normal, ekoloji təmiz yağlar hazırlanır. Bu yağların qiyməti ilə də maraqlandım, məlum oldu ki, onların idxal xərcləri də əlavə edildikdə qiymətlər Azərbaycandakı satış qiymətlərinə tam uyğun qiymətlərdir. Doğrudur, Yeni Zellandiyadan Azərbaycana bir neçə şirkət yağ idxal edir, mənim olduğum zavoddan heç bir şübhəm yoxdur. Amma istisna olunmur ki, başqa şirkətlər gətirib, qatqı əlavə edə bilərlər. 4 il öncə Yeni Zellandiya yağlarının bəzi növləri Gürcüstandan idxal olunmuşdu və onlar narazılıq doğurmuşdu”.
AİİB sədri Yeni Zellandiyanın böyük kənd təsərrüfatı ölkəsi olduğunu xatırladaraq, qeyd etdi ki, bu ölkə bir ildə yalnız süd məhsullarının istehsalından 12 milyard dollar gəlir əldə edir:
“Əgər burada parçalayıb, qarışdırılmırsa, oradan Azərbaycana normal kərə yağı gəlir. Ümumiyyətlə, bizə hər həftə kərə yağları ilə bağlı zənglər daxil olur. Xüsusilə nehrə yağı adı altında satılan yağlardan şikayət olunur. Bakıda təqribən 20 saxta “İvanovka” dükanı var. Onlarda nehrə yağı adı altında satılan məhsulların demək olar ki, hamısı saxtadır. Keçən ay bizə saxta “İvanovka” dükanından şikayət oldu. Yağı ekspertizaya göndərdik, məlum oldu ki, kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişəm ki, həmin “İvanovka” dükanlarının adı dəyişilsin. Qəzetiniz vaistəsilə bildirirəm ki, yağ numunəsi gətirilərsə, mən onun ekspertiza edilməsinə təmannasız kömək edərəm”
Bəs istehlakçılar kərə yağlarını necə fərqləndirə bilərlər?
Eyyub Hüseynov deyir ki, istehlakçılar marketdə olan yağları əlləri ilə sıxa bilərlər:
“Kərə yağı bərk olmalıdır, yumşaq olanlar spirid yağlardır. Yağın üzərindəki yazıları diqqətlə oxumaq lazımdır. Digər yağlar əridilərkən kərə yağına spesifik olmayan qoxu verir, gec əriyir. Şübhəsi olan vətəndaşların Qida Təhlükəsizliyi Agentliyinə zəng edib, demələrini məsləhət görürəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-02-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01