Azərbaycanda vərəm TƏHLÜKƏSİ - Qorxulu statistika
Vərəm yolxucu xəstəlik olduğundan təhlükəsi daha çoxdur. Xəstəlik dünyada ən təhlükəli infeksiyalardan biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və onların 7 milyonu açıq formalı vərəmdir.
Hər il 3,5 milyon insan vərəmə yoluxur və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi.
Azərbaycanda, rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Vərəm xəstəliyi Azərbaycan üçün nə qədər təhlükəlidir?
Lent.az -a açıqlama verən “Sağlamlığa xidmət” ictimai birliyinin rəhbəri Elçin Muxtarlı bir sıra amillərə toxunub.
Onun sözlərinə görə, Azərbaycan dərmana davamlı vərəmin ən çox yayıldığı 30 ölkə arasındadır: “Vərəm xəstəliyi Azərbaycan üçün böyük təhlükədir. Xəstəliyə yalnız tibbi hadisə kimi baxmaq düzgün deyil. Xəstəlik sosial problemdir. Ümumillikdə Azərbaycanda hər 100 min nəfərə 38 vərəm xəstəsi düşür”.
E.Muxtarlının sözlərinə görə, dərmana davamlı xəstələrin sayı çox olsa da, bu sahədə dərman çatışmazlığı problemi olmur: “Biz tez-tez rayonlarda oluruq. Sorğular keçirir, müşahidələr aparırıq. Dərman çatışmazlığı problemi yoxdur”.
Vərəm xəstəliyi ən çox bu rayonlarda yayılıb
E.Muxtarlı bildirib ki, vərəm xəstəliyi Bakıda daha çox müşahidə olunur. Bunun səbəbi əhalinin mərkəzdə sıx məskunlaşmasıdır: “Bakıda vərəm xəstəliyi daha geniş yayılıb. Rayonlardan Tovuz, Şəmkir, Hacıqabul, Cənub bölgəsində vərəm xəstəliyinə daha çox rast gəlinir”.
Onun sözlərinə görə, vərəm xəstələri gec müraciət edəndə, müalicəyə gec başlayanda nəticəsi ağır olur və ölümlə nəticələnə bilir: “Bizim insanlar ağırlaşmadan həkimə getmirlər. İnsanlar bəzən yoluxma ilə xəstələnməni səhv salırlar. Dünyanın üçdə biri, yəni iki milyarddan çox insan vərəmə yoluxub. Bir nəfər vərəm xəstəsi öskürəndə ətrafa milyonlarla bakteriya yayılır. Buna görə də insanlar yoluxurlar. Yoluxduqdan sonra 10 nəfərdən biri vərəmlə xəstələnir. Qalan 9 nəfərin immun sistemi möhkəmdirsə, ömrünün sonuna kimi xəstələnməyə bilər.
Stres, düzgün qidalanmamaq kimi amillər immun sisteminin zəifləməsinə səbəb olur. İctimai yerlərdə nəqliyyatda öskürən adamdan ehtiyat etmək lazımdır”.
Müsahibimiz vərəm çöplərinin tüpürcək vasitəsilə necə yayıldığını da izah edib: “Vərəm çöpləri günəş şüası altında dərhal məhv olur. Amma rütubətli yerlərdə vərəm çöpləri aylarla yaşaya bilər və ətrafdakıları da yoluxdura bilər. Tüpürcək özü birbaşa xəstəlik yaratmasa da, quruduqdan sonra tozla birlikdə havaya qalxır və gözlə görünməyən zərrəciklər vasitəsilə nəfəs alanda ciyərlərimizə daxil ola bilər. Vərəm əsasən hava ilə yayılan xəstəlikdir. Bu baxımdan xəstənin qabından istifadə etsən belə, yoluxma ehtimalı azdır”.
Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.
TƏBİB-dən Lent.az -a bildirilib ki, ölənlərin koronavirusla heç bir əlaqəsi yoxdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-02-2020, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-02-2020, 14:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |