“İmkanım yox idi, böyrəyimi 9 minə satdım” - Məhkəmədə ŞOK İDAFƏ
İnsan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə və insan alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
V.Xudadatov elan olunmuş ittihamla özünü təqsirli bilməyib: "İttihamları qəbul etmirəm. Günahım yoxdur. Burda adı keçən şəxsləri həkimlə tanış eləmişəm və taksi sürücüsü kimi, onları İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb”
Prosesdə zərərçəkmiş qismində Rüstəm Yamaqujin ifadə verib: "Biləcəridə kirayədə yaşayırdım. Vəziyyətim çox ağır idi, həm kirayə pulu ödəyirdim, həm də aliment verməliyəm. İmkanım yox idi, ona görə də razılaşdım. Böyrəyimi 9 min manata satmışam”.
Məhkəmə prosesi aprelin 12-də davam edəcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.
Vahid Xudadatovla əlaqəsi olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
İttihama görə, Məlum olub ki, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Bunun müqabilində hər iki tərəfdən də pul alıb.
Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınları ilə görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış.
Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilir, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılır, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda "Lanseti” klinikasında aparılırmış.
Əməliyyatı Tbilisidə Mohsen Tahiri özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə "Lanseti”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb.
Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib. Mohsen Tahiri tez-tez Bakıya gəlir, buradakı klinikalardan birində də xəstələri müayinə edirmiş.
Məsələnin maddi tərəflərinə gəlincə, hər orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan iki min manata qədər pul verilirmiş.
Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdurlar və biri digərinə böyrəyini verir. (Lent.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2019, 12:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-04-2019, 12:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti