DİQQƏT: “Uşaqları aldadıb evdən çıxarırlar və müxtəlif məqsədlər üçün istifadə edirlər“
İnsanların qorxduğu və qorunduğu bir çox təhlükələr var. Son illərdə bu siyahıya internet də əlavə olunub. İnternet vasitəsilə evlərimizə daxil olan təhlükənin, əslində, bir çoxlarımız fərqində deyilik. Amma mütəxəssislər xəbərdarlıq edir. İnternetdən gələn zərərli informasiyalar yalnız uşaqları təhdid etmir. İnternetdən asılı, məsuliyyəti azalan, ətraf mühitdən qopan insanlar özləri də bilmədən bu “bəlanın” içinə yuvarlanır. Bəs özümüzü və xüsusilə azyaşlıları internetin zərərli tərəflərindən necə sığortalaya bilərik?
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov danışıb.
- Rasim müəllim, informasiya təhlükəsizliyi problemi internetlə paralel meydana çıxıb deyə bilərikmi?
- İnformasiya təhlükəsizliyi anlayışı internetin, kompüterin meydana çıxmadığı zamanlarda da var idi. İnternetin meydana gəlməsi, bütün fəaliyyət sahələrinin informasiyalaşdırılması, smart telefonların yayılması və s. amillər informasiya təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. İnformasiya təhlükəsizliyi bu gün həm qlobal təhlükəsizliyin, həm də milli təhlükəsizliyin bir hissəsidir.
Bu sıraya uşaqların təhlükəsizliyi də daxildir.
İnformasiya təhlükəsizliyi ilə bağlı dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Qanunvericilk, maarifləndirmə, kadrların hazırlanması, texnoloji səviyyədə qarşısının alınması və s. Amma informasiya texnologiyaları çox sürətlə inkişaf edir. Ona görə də hər dəfə bu sahədə yeni-yeni problemlər meydana çıxır. Əsas odur ki, problemlər araşdırılsın və vaxtında üzə çıxarılsın. Qarşısını 100 faiz almaq mümkün olmasa da, onların səviyyəsinin minimuma endirmək mümkündür.
Bu sahədə təhlükəsizliyin təmini üçün insanın özündən çox şey asılıdır. Yəni insanların informasiya təhlükəsizliyi mədəniyyətinə malik olması vacibdir.
- Böyüklər bu mədəniyyəti formalaşdırmaqda çətinlik çəkdiyi halda, uşaqlar internetlə necə davranmalıdr? Bu gün onların marağını çəkən kifayət qədər materillar var internetdə. Hansıki hansının zərərli olduğunu bilmirlər.
- İnternetdə uşaqların təhlükəsizliyi çox həssas məsələdir. Onlar öz təhlükəsizliklərini təmin edəcək yaşda deyillər. Valideynlərin, bağça və məktəb müəllimlərinin üzərinə mühüm vəzifələr düşür.
İnternetdə hər kəs öz yaşına uyğun kontentlə təmasda olur. Təhlükəli amillərdən biri uşaq oyunları ilə bağlıdır. Uşaqlar hələ yazıb-oxuya bilmədikləri yaşlarda artıq mobil telefonlardan, digər mobil qurğulardan istifadə edirlər. 3 yaşında, hətta ondan da kiçik uşaqlar özləri sərbəst youtube-ə daxil olurlar. Onların öz maraq dairəsi var. Öz anladıqlarından seçib baxmağa çalışırlar.
Əsas problemlərdən biri odur ki, uşaqların bu vasitələrlə təmasda olmasına bir çox hallarda valideynlər özləri şərait yaradırlar. Uşaqlar sakit olsun, ağlamasın, digər təhlükələrlə qarşılaşmasın deyə, telefonla məşğul olmasına şərait yaradırlar. Orada baxılanların uşağa, onun psixologiyasına uyğun olub-olmadığını heç kim düşünmür.
- Məsələn, uşaqlara hansı zərərlər gələ bilər bu yolla?
- Uşaqların internetdə baxdığı materiallar müxtəlif fəsadlara yol aça bilər. Birinci uşağın psixologiyasına. Tək oyunlar deyil, cizgi filimlərini də vurğulamaq lazımdır. Elə cizgi filmləri ola bilər ki, onların yaşına uyğun olmaya bilər. Bu məsələlər qanunvericiliklə tənzimlənir. İstər televiziyalarda, istərsə də istənilən vasitədə yayımlanan hər bir material uşaqlara uyğun şəkildə tənzimlənməlidir. Xəbərdarlıq işarəsi olduqdan sonra artıq buna əməl edib-etməmək valideyndən asılıdr.
Uşaq həddindən artıq internetdən istifadə edirsə, bu ona psixoloji təsir edir. Yemək yemir, yatmaq istəmir, yuxsuz qalır, aqressiv olur. Sosiallaşa bilmir, ətraf aləmə biganə olur, gec dil açır. Bunlar hamısı ciddi problemlərdir. Uşağın yaşı artdıqca da problemlər də onunla birlikdə böyüyür. Əgər uşaq artıq yazıb-oxuya bilirsə, təhlükələr daha çoxalır.
Məsələn, “Mavi balina” adlı oyunu oynayan uşaqlar arasında intihar edənlər çox olur. Ölkəmizdə də mətbuatda bu oyunlar uşaqları intihara sövq edən səbəb kimi göstərilir. Yaxşı olar ki, bütün bunlar mütəxəssislər tərəfindən araşdırılsın. Belə oyunlar həmişə olub və olacaq. Qarşısını almaq mümkün deyil. Virtual mühitdə hərənin bir niyyəti var. İnternet mühiti qlobal olduğu üçün ölkə çərçivəsində bunu tənzimləmək mümkün deyil. Müəyyən filtirasiya proqramları var ki, valideynlər bunu övladlarının yaşına uyğun tənzimləməlidir. Valideynlər elə etməlidirlər ki, uşaqlar yalnız onlar evdə olduğu vaxtlarda internetdən istifadə etsinlər. İnternet klublarda bu cür xidmətlər göstərən obyektlər də var ki, bunlar nəzərə alınmalıdır. Bütün bunlarla bağlı valideynlərin də maariflənməsinə ehtiyac var. “Youtube”nin uşaqlar üçün versiyası var. Valideyn bunlara diqqət etməlidir.
Məsələn, xarici ölkələrdə bu hal daha çox yayılıb. Belə ki, uşaqları aldadıb evdən çıxarırlar və müxtəlif məqsədlər üçün istifadə edirlər. Artıq bu kimi hallar bizdə də müşahidə olunur. İnsanlar internet vasitəsilə kiminləsə tanış olur, özü də bilmədən müxtəlif məlumatları ötürür. Daha kiçik yaşlı uşaqlardan evlə bağlı müxtəlif məlumatlar əldə edənlər olur və s. Yəni internet vasitəsilə müxtəlif fırıldaqçıların toruna düşmək mümkündür.
- Bəzən valideynlər məlumatsız ola bilər. Ölkədə hər hansı qurum, mütəxəssislər varmı ki, valideynlər məsləhət üçün onlara müraciət etsinlər?
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Onlar elə bu işlərlə məşğuldurlar. Bir məqamı da qeyd edim ki, insan bəzən ilk dəfə 30-40 yaşında internetlə tanış olur və necə istifadə edəcəyini bilmədiyi üçün tora düşür. Bu təhlükələrdən uşaqları, bütün insanları qorumaq həm dövlətin, həm də cəmiyyətin vəzifəsidir. Hər bir uşağı himayə edən valideynlərin, müəllimlərin vəzifəsidir. İnformasiya təhlükəsizliyi ilə bağlı məlumatlar insanlarda uşaq yaşlarından formalaşdırılmalıdır.
- İnformasiya təhlükəsizliyi (''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'') ilə bağlı qanunvericiliyi təkmilləşdirməyə ehtiyac varmı?
- Bu sahədə qanunun qəbul olunması özü mütərəqqi addımdır. Amma yenə də qanunvericiliyi təkmilləşdirmək lazımdır. Çünki texnologiya inkişaf etdkcə yeni boşluqlar meydana çıxır.
Texnologiya sürətlə inkişaf edir. Hüquqi sistem onu tənzimləməkdə hər zaman bir az gecikir. Bu, bütün dünyada belədir. Hüquqi sistem onu anlamalı, dərk etməlidir ki, tənzimləyə bilsin.
Qeyd etdiyim kimi insanlar da diqqətli olmalıdır. Texnologiyaya hər şeyi etibar etmək olmaz. Xüsusi hakerlər var ki, istifadəçi üçün gizli olan məlumatları proqramlar vasitəsilə üzə çıxarırlar. Bu kimi hallar sosial şəbəkələrdə daha çox baş verir.
Təhlükəsizlik tədbirləri gücləndirildikcə hakerlər də bacarqılarını inkişaf etdirirlər. Ona görə də bu sahədə hər zaman təhlükələr olacaq.
Ona görə də insanlar özləri də bu işlərdə diqqətli olmalıdırlar.
Milli kompüter oyunlarının, cizgi filmlərinin hazırlanmasını artırmaq yaxşı olardı. Bu işi görən insanlar üçün dəstək olmalıdır. Bir də bu işin iedoloji tərəfi yaxşı düşünüb hazırlanmalıdır.
Son illər təhsil sistemində də informasiya təhlükəsizliyi sahəsinə diqqət artırılıb. Bu sahədə kadrların yetişdirilməsi ilə bağlı say artımı var.
- İnternetin ciddi fəsadlarından biri də asılılıqla bağlıdır...
- İnternet asılılığının özü də böyüklərin, eləcə də uşaqların düçar olduğu problemdir. Bu problem Ümumdünya Səhiyyyə Təşkilatı tərəfindən psixoloji xəstəliklər siyahısına daxil edilib. İnsanlar narkotiklərdən, spirtli içkilərdən asılı olduğu kimi internetdən də asılı vəziyyətə düşürlər. Xüsusilə, uşaqlar internetdə oyunlardan asılı vəziyyətə düşürlər. Cizgi filimləri, zəngin resurslar var. Hər bir kəs internetdə öz yaşına, dünyagörüşünə, maraq dairəsinə uyğun nəsə tapır. Sovet vaxtı da kitabdan asılı olan, onunla yatıb-duran insanlar var idi. Amma internet elə bir amildir ki, asılı olduqdan sonra insane zamanını tənzimləyə bilmir. İnsanlar işinə, ailəsinə, özünə vaxt ayırmalıdır. Gündəlik qayğılar var. Asılı insanlar gecə gec yatır. Xüsusilə bu hal uşaqlara çox pis təsir edir. Onlar dərsə gedir. Uşaqlarda yuxu problemi yaranır.
Bəzi ölkələrdə asılılığın müalicəsi ilə bağlı tədbirlər görülür. Məsələn, Çində internet asılığı olanları hərbi qospitalda, hərbi rejimdə müalicə edirlər. Cənub-şərqi Asiya ölkələrində internet asılılığı daha çoxdur. Çünki orada insanlar xaraktercə bir az qapalıdırlar. Virtual mühit bu xarakterdə olan insanlar üçün daha rahat olur.
Hətta Finlandiya və İsveç kimi ölkələrdə hərbi xidmətdən öncə gəncləri tibbi müayinədən keçirərkən onların internetdən asılılığı da yoxlanılır. Çünki bu adamlara postu qorumaq, silah etibar olunur. İnternet asılılığından əziyyət çəkməsi problemə səbəb ola biləcəyindən onlara müalicə olunmaları üçün möhlət hüququ verilir.
- Asılılıq probleminə görə bizdə vəziyyəti necə dəyərləndirmək olar?
- İnternetin əlçatanlığı artıqca, müvafiq qurğuları əldə etmək asanlaşdıqca bizdə də asılılıq artır. Azərbaycanda İnternet istifadəçilərinin sayı 85-90 faizə yaxınlaşır. Bizdə bununla bağlı araşdırma olmadığı üçün statistika yoxdur. Amma problemlə bağlı həkim-psixoloqlara müraciət edənlərin sayı çoxdur. Özləri bu barədə danışır.
Bunun da qarşısını almaq üçün maarifləndirmə lazımdır. Böyüklər özlərinə diqqət etməklə yanaşı, uşaqlara da diqqət etməlidrlər.
Uşaqlar bu vəziyyətin içində doğulduqlarından onlar üçün gələcəkdə daha çətin olacaq. Uşaqlar real ünsiyyətdən qaçılar. Onlar üçün virtual mühit hər şeydən vacibdir. Real dostlar yerinə, virtual dostalarla əlaqə qururlar. Sosiallaşa bilmirlər və böyüyündə də problemlərlə üzləşirlər. Böyüklər iş yerində verilən tapşırıqları yerinə yetirə bilmir. Bunların hamısı sosial məsuliyyət məsələsi olduğu üçün profilaktikası üçün həm səhiyyə, həm də təhsil sistmi çox ciddi yanaşmalıdır. Müəyyən tövsiyələr var. Amma daha ciddi tədbirlər görmək lazımdır. Asılılıq insanları fiziki olaraq da təhlükəyə atır. Yolu keçərkən, nəqliyyatda olarkən diqqət ancaq telefonda olur. Əhalinin çox hissəsi asılı olduğunu hiss etmir. Bunu müəyyənləşdirmək üçün xüsusi testlər keçirilməlidir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-02-2020, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-02-2020, 16:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01