Azərbaycanlı həkim koronavirusun müalicəsini tapıb – Video
Beş çağrış Milli Məclisin deputatı, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəblinin Milli Məclisə deputat seçkisindən imtina etməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlar müzakirələrə səbəb olub.
regionxeberlericom.az xəbər verir ki, Modern.az məsələnin dəqiqliyini yoxlamaq üçün öncə 74 saylı Lənkəran seçki dairəsi ilə əlaqə saxlayıb. DSK-dan saytımıza bildirildi ki, yayılan xəbərlər yalandır:
“Hadı Rəcəbli namizədliyini geri götürməyib. Yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Deputatlığa namizəd Hadı Rəcəbli açıqlmasında haqqında yayılanlara sərt cavab verib:
“Seçki mübarizəsi həmişə problemlərlə müşaiyət olunur. Nə edəsən ki, bu problemlərin içərisində təxribat yalan olmasın?! Mənim haqqımda çox iyrənc formada və ustalıqla hazırlanmış material yayılıb. Bunu da kimin yayması ilə bağlı araşdırma aparılır. Hesab edirəm ki, bu iyrənc və nifrət doğuran hərəkətdir”.
Deputatlığa namizəd telefonunun hər zaman açıq olduğunu da qeyd edib:
“Mənim telefonum həmişə açıq olur. Bu məlumatı yaymamışdan öncə mənimlə əlaqə saxlamaq olardı. Yaxud da Dairə Seçki Komisiyasından da məsələni dəqiqləşdirmək mümkün idi. Ancaq bunların heç birini etmədən belə məlumat yayıblar. Seçki prosesində buna oxşar iyrənc işlər olur, amma bu qədər nifrət doğuran əməllər olmur”.
Hadı Rəcəbli belə bir məlumatın kimlər tərəfindən yayılmasına da aydınlıq gətirib:
“Mənimlə seçkiyə qatılan vətənə və dövlətə satqın olan bəzi namizədlər bu məlumatı öz səhifələrinə yerləşdiriblər. Guya Hadı Rəcəbli artıq ortada yoxdur. Beləliklə də bunların meydanı genişlənib.
Bir daha deyirəm. Mən partiyamın əsgəriyəm, partiyamın dəstəyi ilə seçkiyə qatılmışam. Cənab prezidentim, xalqım, xüsusən də lənkəranlılar mənim arxamda durub. Məni tanıyanlar o cür insanları söyüşlə təhqir edirlər ki, Hadı Rəcəbli kimi bir adamı bu formada aşağılamaq olmaz. Bu bir daha onu göstərir ki, tərəf müqabilləri zəifdirlər. Onlar ancaq yalanlardan və iftiralardan istifadə etməklə məşğuldurlar. Biz də deyirik. Biz seçkiyə qatılmışıq. Bizə dəstək verən adamlar ayaq üstədirlər. Hamısı böyük məmnuniyyətlə Hadı Rəcəblinin deputat seçilməsini istəyirlər. Proqnozlar göstərir ki, Hadı Rəcəbli qalib gələcək”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-02-2020, 14:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-02-2020, 14:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti