15 dəqiqədə 13 milyard dollar qazandı
“Amazon” şirkətinin rəhbəri Ceff Bezos cəmi 15 dəqiqə ərzində 13 milyard dollar qazanıb və indi onun sərvəti 130 milyard dollara yaxınlaşıb. Beləliklə, milyarder planetin ən varlı adamı kimi mövqeyini daha da möhkəmləndirib.
Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, Bezosun bu cür sürətlə varlanmasının səbəbi “Amazon” şirkətinin səhmlərinin birdən birə 12 faiz bahalaşmasıdır. Şirkətin 2019-cu ilin dördüncü kvartalına aid maliyyə hesabatının açıqlanmasından sonra səhmlər kəskin bahalaşaraq 2100 dollara çatıb. Belə ki, şirkətin təmiz gəliri 2019-cu ilin sonunda 3.3 milyarda qədər artıb, hasilatı 88 milyard dollara yaxınlaşıb.
“Amazon” şirkətinin səhmlərinin 12 faizi onun əsasını qoyan Ceff Bezosa məxsusdur. Hansı ki, Bezosun adı son illər boşanma qalmaqalı ilə çəkilir. Bu günlərdə məlum olmuşdu ki, Bezosun sevgilisinə göndərdiyi çılpaq şəkilləri ələ keçirib yayan digər milyarder-Səudiyyə Ərəbistanının vəliəhd şahazadəsi Məhəmməd bin Salman olub. Salmanla Bezos əvvəllər dost olublar, Səudiyyə şahzadəsi Bezosun sahibi olduğu “The Washington Post” qəzetinin jurnalist Camal Xaşouqinin öldürülməsi hadisəsi ilə bağlı onu ifşa edən yazılarına cavab olaraq ona zərbə vurmağı qərara alıb.
Yazışmaların birində Salman Bezosa videofayl göndərib, əslində həmin fayl virus idi və “Amazon” şirkətinin sahibinin telefonundan böyük həcmdə informasiyaları ələ keçirib.
Həmin intim şəkillərin yayılmasından sonra Bezos arvadı Makkenzi ilə boşanıb və sərvətinin 35 milyard dollarını təzminat kimi ona verib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-01-2020, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-01-2020, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01