reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ədliyyə Nazirliyində prezidentin fərmanı ilə bağlı komissiya yaradıldı

reklam

Ədliyyə Nazirliyində prezidentin fərmanı ilə bağlı komissiya yaradıldı


"Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühümdür. Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm "yol xəritəsi"dir”.

Bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin aprelin 4-də keçirilən kollegiya iclasında deyib.

Kollegiyanın qərarı ilə fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

İclasda həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


Paylaş:


Müəllif : Tarix:
4-04-2019, 23:34
Sikayət   


loading...
Загрузка...