Abituriyentlər imtahan astanasında: həkim və ekspertdən MƏSLƏHƏTLƏR
“Son illər valideynlərin əksəriyyəti əvvəlki dövrlərdən fərqli olaraq övladlarını imtahana hazırlaşmadan qabaq həkim müayinəsi üçün gətirirlər”.
Bu sözləri Lent.az -a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib. Onun bildirdiyinə görə, bunun nəticəsində abituriyentlərdə olan bəzi problemlər aşkara çıxır və bunun qarşısını vaxtında almaq olur:
“Müayinə və müalicədən sonra abituriyent rahat məşğələlərə hazırlaşır və imtahana olan qorxu, stress aradan qalxır. Bu məqsədlə müraciət edən abituriyentlərdə səbəb və tədbirlər fərqli olur. Bəzən elə olur ki, məktəblinin əsəb sistemində, yaddaşında problem olmur, ancaq onun gərginliyi oxumağına mane olur. Bəzən də yaddaş sistemi zəif olan, əsəb sistemində problem olmayan biri ilə qarşılaşırıq. Abituriyentlərə lazım olduqda resept yazılır və bunların heç bir zərəri olmur. Çünki həmin dərmanlar xəstəlik üçün yox, profilaktik məqsəd üçün istifadə edilir”.
R.Bağırov qeyd edib ki, tələbələrin dərslərlə çox yüklənməsi bəzi problemlərə gətirib çıxara bilər:
“Yükləmə səbəbindən beyin informasiyaları götürməkdə çətinlik çəkir və zəifləyir. Bu zaman beyinin fəaliyyətini yaxşılaşdırmaq üçün bəzi dərmanlar yazılır. Beyinin yorğunluğunu aradan qaldırmaq vacibdir.
Abituriyentlərin imtahana hazırlıq mərhələsində əsəb sistemi gərgin olur, həyəcan keçirirlər. Həyəcan olanda isə əvvəlcə yaddaşa təsir edir. Yaddaş itir və bununla da abituriyentin gərginliyi artır. Bu vəziyyətdə ilk növbədə bəzi dərmanlar yazılır. Ancaq irəliləyiş hiss olunmazsa, yenidən imtahan qabağı sakitləşdiricilər yazılır ki, problemin həlli qismən də olsa təmin edilsin.
Xüsusi vurğulayıramm ki, həkim göstərişi olmadan abituriyentlərə dərman vermək olmaz, burada mütləq müayinə olmalıdır”.
Terapevt abituriyentlərin yuxu rejimindən də danışıb:
“Yuxu rejimi birbaşa sinir sisteminin funksiyasından asılı olur. Abituriyentlər yuxu rejiminə xüsusi diqqət etməli, gecələri çox oxumağa meyilli olmamalıdırlar. Çünki gecə oxumaqla onlar özlərinə əziyyət verirlər. Beyində olan xüsusi maddə melatonin insan orqanizmi üçün olduqca faydalıdır və gümrahlıqla, yaddaşla birbaşa əlaqəlidir. Gecə saat 2-dən 5-dək melatoninin ifrazı azalır və oxunanlar yaddaşda qalmır. Bu səbəbdən də yaxşı olar ki, abituriyentlər gecə saat 12-dən sonra yatsınlar. Belə olduğu halda xüsusi maddənin ifrazı yaxşılaşır və gün ərzində gümrahlığa səbəb olmaqla yanaşı oxunanların yaddaşda qalmasına asanlıqla yardımçı olur”.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 2020-cu ildə qəbul imtahanları 2019-cu il formatında keçiriləcək:
“Bu prosesi üç hissəyə bölmək olar. Birincisi, elektron ərizə qəbulu, ikincisi, qəbul imtahanları, üçüncüsü, ixtisas seçimi. Bu proseslərin heç biri hələ ki başlamayıb. İndiki prosesdə abituriyentlər DİM-in qəbul proqramı əsasında hazırlaşmalıdırlar. Düzdür, 2020-ci ildə keçiriləcək imtahanlar üçün DİM hələ də qəbul proqramını və qaydalarının əks olunduğu abituriyent 1 jurnalını çap etməyib, amma şagirdlər 2019-cu ildə nəşr olunmuş abituriyent 1 jurnalı vasitəsi ilə hazırlaşmalıdırlar”.
Ekspert qeyd edib ki, 2020-ci ildə keçiriləcək qəbuı imtahanında ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq:
“Bildiyiniz kimi, ölkədə çoxsaylı hazırlıq kursları fəaliyyət göstərir. Amma onların hazırladıqları sınaq imtahanları abituriyentlərin yüksək şəkildə qəbul imtahanlarına hazırlaşmalarına imkan vermir.
Dövlət İmtahan Mərkəzi fevral ayının 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək. Qəbul imtahanlarında yaxşı nəticə göstərmək istəyənlər bu sınaq imtahanında mütləq iştirak etməlidirlər. Çünki sınaq imtahanı onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrini real qiymətləndirməyə kömək edir”.
K.Əsədov abituriyentlərə tövsiyə edib ki, 2017-ci ildən sonra nazirliyin çap etirdiyi orta məktəb dərsliklərindən və 2019-cu ildən sonra DİM-in çap etdirdiyi sinif testləri və test banklardan istifadə etməklə qəbul imtahanına hazırlaşsınlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2020, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-01-2020, 11:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01