Sığorta şirkətləri vətəndaşları hədələyərək, narahat edirlər - “Sabahdan sizə cərimə yazılacaq”
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı İlham Əliyev daşınmaz əmlakın sığortası ilə bağlı hökumətə tapşırıqlar verib, eyni zamanda bu sahədə əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Buna baxmayaraq, “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanunu əlində bayraq edən sığorta şirkətləri qapı-qapı düşərək, vətəndaşları məcburi sığortaya cəlb edir. Bu azmış kimi bəzi mobil operatorlardan “Atəşgah sığorta”, “Odlar yurdu” sığorta şirkətləri tərəfindən vətəndaşlara aşağıdakı mətndə mesajlar göndərilir:
“AR İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə uyğun olaraq, 2020-ci ildən evləri məcburi qaydada sığorta etdirməlisiniz. Gecikənlərə 30 AZN cərimə hesablanacaq. Zəng edin: 1544”.
Qeyd edək ki, Qanunun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış (“kupça”sı olan) obyektlər nəzərdə tutulur. “Kupça”sı olmayanlara sığorta məcburi deyil.
Baxmayaraq ki, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov da qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra mexanizmin tətbiq ediləcəyini açıqlayıb, sığorta şirkətləri öz əməlindən vaz keçmək bilmir.
İqtisadçı Natiq Cəfərlinin Modern.az-a “Sığorta şirkətləri bilərəkdən ajiotaj yaradır” açıqlaması bu sahədə məlumatsız olanlara yardımçı olmaqla yanaşı, sığorta şirkətlərini də qıcıqlandırıb, onların “niyə imkan vermirsiz insanlar əmlakını sığortalatdırsın” tipli narazılıqlarına yol açıb.
Həmin sığorta şirkətlərinin nümayəndələrinə demək istəyirik ki, daşınmaz əmlakın sığortaya cəlb olunması gözəl təşəbbüsdür, amma qanun hamı üçün işləyəndə...
“Sığorta şirkətlərinin cərimə yazmaq səlahiyyəti yoxdur”
Ətrafında müzakirələr səngiməyən mövzu ilə bağlı bu dəfə uzun müddət sığorta sahəsində fəaliyyət göstərən, hüquqşünas Xəyal Məmmədxanlıya müraciət etdik.
O, Modern.az-a açıqlamasında bildirib ki, hansısa sığorta şirkətinin vətəndaşa sms göndərmək və onu cərimələmək hüququ yoxdur:
“Sığorta qanun çərçivəsində olmalıdır. Qanundan çıxarışın qapılara qoyulması məcrasından çıxır. Artıq bəzi sığorta şirkətləri “sabahdan sizə cərimə yazılacaq” deyərək, vətəndaşları hədələyərək, narahat edirlər. Bu, yolverilməzdir. Heç kimə sirr deyil ki, qanun da, cərimə də 2011-ci ildən var. Sığorta şirkətləri sadəcə yaranmış süni ajiotajdan istifadə edirlər.
Ajiotajın bir hissəsi ticarət mərkəzlərindəki yanğınlarla bağlı idisə, digər hissəsi də 5-6 ay əvvəl 2019-cu ildə İcbari Sığrta Bürosunun sədri Rəşad Əhmədovun məsələyə dair açıqlaması oldu. Rəşad Əhmədov həmin vaxt bildirdi ki, “biz daşınmaz əmlakın icbari sığortası mexanizmini işə salmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məlumat bazası ilə İcbari Sığorta Bürosunun məlumat bazasının inteqrasiyası istiqamətində işlər aparırıq. Nəzarəti asanlaşdırmaq üçün elektornlaşdırma aparılmalıdır. İlin sonuna bunu bitirməyə çalışacağıq”. Həmçinin qeyd etmişdi ki, elektronlaşdırma bitəndən sonra nəzarət və cəza tətbiq etmək daha rahat olacaq”.
Sığorta şirkətləri məhz bu açıqlamadan öz mənafeləri üçün istifadə etdilər. Onlar bu ajiotajdan çox yaxşı marketinq gedişi edərək, pul yığırlar. Doğrudur, demək olmaz ki, onlar qeyri-qanuni pul yığırlar, çünki qanun var. Amma “sizə filan gündən cərimə yazılacaq” deyərək, hədə-qorxu gəlmək doğru deyil. Ümumiyyətlə cərimə kəsmək sığorta şirkətlərinin səlahiyyətinə aid olan məsələ deyil”.
“Kimsə qapınızı döyüb...”
X.Məmmədxanlı qeyd edib ki, “İcbari sığortalar haqqında” Qanuna görə, daşınmaz əmlakın sığortası məcburidir:
“Sığorta şirkətlərinin binalara qanundan çıxarış vurmasında qeyri-qanuni hal yoxdur. Amma , “filan günədək etdirməsəniz, cərimələnəcəksiniz” deyilməsi qeyri-qanunidir.
Ümumilikdə həm hüquqi şəxslərin qeyri-yaşayış obyektləri, həm də vətəndaşların mənzilləri məcburi qaydada sığortalanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində sığortalanmamağa görə 30 manat cərimə müəyyən edilib. Problem ondadır ki, cərimə qanunda nəzərdə tutulsa da, indiyədək heç kimə tətbiq edilməyib. Qanunun yazılma mexanizmi yoxdur. Cərimənin yazılması yerli İcra Hakimiyyəti orqanlarına həvalə edilib. Onlar da bugünədək bir vətəndaşla iş aparmayıblar. Yəni qanun var, amma cəriməni tətbiq edən yoxdur. Ona görə də gözlənilir ki, elektronlaşma bitsin. Necə ki, sığorta edilməyən avtomobillər avtomatik olaraq radara düşür, eləcə də elektronlaşma bitəndən sonra sığortalanmayan evləri də elektron şəkildə müəyyən etmək mümkün olacaq. Qapını döyüb, “sığortanız varmı, yoxmu, sizə cərimə yazıram”, deyərək kimsə sizi narahat etməyəcək”.
Niyə bütün mənzillər üçün vahid sığorta məbləği?
Hüquqşünas məbləğin bütün mənzillər üçün vahid olmasını da izah edib:
“Bu, natamam sığorta deyil. Siz 1 milyonluq evi də, 30 minlik evi də 50 manata sığortalatdırırsınız. Bu o deməkdir ki, 25 min manatadək nə zərəriniz olsa, qəpiyinədək alacaqsınız. Qanun çox primitivdir və dəyişiklik edilməsinə ehtiyac var. Qanuna görə siz 50 manat ödəyirsiniz, bunun qarşılığında 25 min manatlıq zəmanət alırsınız. Bu zəmanət 50 minlik evə də verilir, 1 milyonluq evə də. Tutaq ki, 50 minlik evin 25 minliyini məcburi sığortalatdırırsız, qalan hissəsini könüllülük prinsipi əsasında sığortalatdıra bilərsiniz. Bu artıq sizin qərarınızdır. Bu, avtomobillərdə də belədir. Siz avtomobilinizi sığortalatdırırsınız və 5 min manatlıq limit alırsınız. Siz 1 miyonluq maşını vursanız da, sığorta şirkəti sizə 5 min manat ödəyəcək, 30 minlik maşını vursanız da. Yerdə qalanları siz könüllü həyata keçirə bilərsiniz. Evinizin harada yerləşməsindən və dəyərindən asılı olmayaraq, siz müəyyən limit əldə edirsiniz. 25 min manata görə 50 manat, 20 min manata görə 40 manat, 15 min manata görə də 30 manat ödəməlisiniz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2020, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-01-2020, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11