Tələbə universitetə mini yubkada gələ bilər: - Amma, çox açıq paltarda dərsdə oturmaq olmaz
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad edib.
Rektorun sözlərinə görə, R.Hüseynov tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb.
“Ramiz Hüseynov işində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb. Nöqsanı ondan ibarətdir ki, tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq eləyib. Halbuki ona dəfələrlə xəbərdarlıq olunsa da, o, buna məhəl qoymayıb.
Bizim də əsasnamədə yazılıb ki, tələbələrə xüsusi formalar tətbiq edilə bilməz. O, tələbələrə məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. İşdən çıxması ilə bağlı yazdığı ərizədə də öz məsuliyyətini boynuna alıb.
Ərizəsində həmçinin yazıb ki, tələbələrin hər hansı iddiası olarsa, cavab verəcək. Hətta həmin formanı geyinən tələbələri polislər saxlayıb, soruşub ki, formanı haradan əl etmisiniz? Sonra həmin tələbələr sərbəst buraxılıb”.
Baş verənləri Sherg.az-a dəyərləndirən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Müəllim və tələbələrin etik davranış”qaydalarının hazırlanmalı olduğunu bildirib.
Ekspertin fikrincə, bu qaydalarda müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr olmalıdır:
“Təhsil haqqında qanun”a görə orta məktəblərdə ümumi şagird geyimi var. Ancaq bundan əlavə də qız uşaqları saçlarına ağ bant vurmalı, oğlanlar isə saçlarını tez-tez kəsdirməlidirlər. Qızımın saçını hörməsəm, məktəbə getmək istəmir, deyir müəllimlər danlayırlar. Ali məktəblərdə isə geyim normaları və konkret standartlar yoxdur. Orta məktəblərdə olduğu kimi ali məktəblərdə ümumi geyim tələb edilməsi mümkün deyil. Yalnız bu xüsusi təyinatlı, hərbi təhsil də ola bilər. Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin.
Məsələn, çox çılpaq formada geyinib dərsdə oturmasınlar. Əks halda uzun, qısa, şortiklə, saqqallı, saçı uzun universitetə gəlməsi hər tələbənin şəxsi işidir. Çünki dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün digərlərinin də fikirlərinin yayılmasına zəmin yaratmış olur. Belə halda, universitet artıq elm ocağından daha çox bayağı bir yerə dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar. Tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir. Heç bir halda onunla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa formada universitetə qəbul olunmalıdır. Dikdaban ayaqqabı ilə təhsil prosesində iştirak etməmək absurd məsələdir. Bu təhsil alanların təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər. Amma hər bir şəxs-tələbə, müəllim – geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin müəllim geyimi olmalıdır. Əks halda, müəyyən problemlər yarana bilər. Bu baxımdan birdən-birə qadağalar qoymaq düzgün deyil.
Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır. Bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır. Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni, kəskin olaraq qərar qəbul etməyi doğru hesab etmirəm. Lakin tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Gənclər tələbədirsə, onların həyatında təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.s kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir. Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə qərarların qəbul edilməsinin əleyhinəyəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 16:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11