“Diqlas”ın direktor müavinindən FHN-ə SƏRT İTTİHAMLAR - "Bunlar yox idisə, niyə işləməyimizə icazə verirdilər?!"
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi müzakirə edilib.
İclasda “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinə qanun pozuntusu ilə bağlı dəfələrlə xəbərdarlıq olunduğu diqqətə çatdırılıb.
Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov Modern.az-a açıqlamasında ittihamlara cavab verib: “Diqlas Ticarət Mərkəzinin rəhbərliyi xəbərdarlığa məhəl qoymayıbsa, niyə Fövqəladə Hallar Nazirliyi gəlib qapını bağlamırdı?! Niyə fəaliyyət göstərməyimizə icazə verirdilər?! Niyə hər il elektrik naqillərinin aktı üçün 250 manat tələb edirdilər?! Onlar nəzarət edib aktı imzalayıb bizə təhvil verirdilər. Çünki hər şey saz vəziyyətdə idi. Onların həyata keçirdiyi bütün proseslər, yoxlamalar zamanı hər şey qaydasında olub. Niyə yanğından sonra məsuliyyəti üzərlərindən atırlar?! Hər dəfə gələndə balonların dolu olması, təxliyə planını xüsusi yoxlayırdılar. Bunlar yox idisə niyə işləməyimizə icazə verirdilər?!
Hazırda anbarda yanmayan malları çıxarmaqla məşğuluq. Həmin mərtəbədə iki ədəd 20 tonluq çən var, hansı ki, fövqəladə hallar zamanı istifadəsi üçün nəzərdə tutulub. Balonlardan tutmuş təxliyyə planına qədər hər şey var idi. Hətta ədədi 50 manatdan ödsöndürən satmışdılar bizə, guya yanğın harada varsa, ora tətbiq edəndə partlayır və ərazini tutur”.
Ticarət Mərkəzinin rəsmisi yanğınsöndürənlərin hadisəyə laqeyd yanaşdıqlarını vurğulayıb: “Yanğın baş verən kimi FHN-ə zəng etdik. Niyə bir köpük gətirib odun üstünə atmadılar ki, sönsün?! Bunların hamısı sadə şeylərdir və cavab tələb olunur İndi “Dəfələrlə müraciət etmişik” deyirlər. Kimə müraciət ediblər?!”
A.Rəhimov yanğının təxribat olmadığına əminliyini ifadə edib:
“Əlimizdə videogörüntülər var, prokurorluğa da təqdim edilib. 07:20-də razetkada kiçik qısaqapanma baş verir. Həmin vaxt işdə heç kim olmayıb. Yəni işdə kimsə olsaydı, dərhal söndürərdi. FHN-nin maşını gələn kimi yanğına 1 vedrə miqdarına su tökən kimi suyu qurtarır. İkinci yanğınsöndürən maşın 40 dəqiqə sonra, yanğın genişlənəndə gəlir.
İndi məsuliyyəti boyunlarından atırlar. “Kainat” İnşaat Mallarının qarşısında kameralar var. O görüntüləri izləyən bilir ki, FHN-nin əməkdaşları obyektə hansı formada yanaşıblar. Ticarət Mərkəzini Rasim Məmmədovla ortaq işlədirik. Biz obyektin sahibi deyilik, idarə edənlərik. İndi çox adam çox söz deyə bilər. Bəzəkli-düzəkli ittihamlar səsləndirməklə deyil ki! Fakt var, görüntülər var. Fövqəladə Hallar nazirliyi “Diqlas”da şou göstərdi, yanğını söndürmədi. Bu da məqsdəli idi. Hamı da bunu gördü.
Alkapon elə benzinə bərabər materialdır. Binaya təhvil-təslim aktı veriləndə Fövqəladə Hallar Nazirliyi baxıb görmədimi ki, bu tezalışan materialdır? Niyə təhvilə buraxdılar? İkincisi, alkaponu ancaq köpüklə söndürmək mümkündür. Su tökdükcə yanğına kömək edir. Yanğın zamanı isə bir dənə də olsun köpük maşını gəlmədi”.
Direktor müavini dövlət orqanlarının araşdırma apardığını qeyd edib: “Hazırda ancaq siyahıların hazırlanması, anbarlardakı malların çıxarlaraq ticarətçilərə təhvil verilməsi, onların ayrı-ayrı ticarət obyektlərində yerləşdirilməsilə məşğuluq. Yanan obyektləri təmizləyirik ki, yolu açaq. Obyekti, malı yananlarla dəfələrlə görüşmüşük. Onlar yerləşdirildikləri obyektlərdə 5 ay müddətinə icarəhaqqı ödəmədən çalışacaqlar. Hazırda kimə nə qədər zərərin dəyməsilə bağlı siyahı dəqiqləşdirilir. İnanın ki, mərkəzdə yeri olmayanlar da gəlib “filan qədər malım yanıb” deyir. Amma təbii ki, biz hamını tanıyırıq. Burada kimlərin fəaliyyət göstərdiyini də gözəl bilirik”.
Qeyd edək ki, Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib.
İ.Əliyev bildirib ki, DYNX-nın əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İ.Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.
İ.Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb.
Sonra çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov əlavə edib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzu və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 m) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılması və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, “Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.
Nazir Kəmaləddin Heydərov “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-04-2019, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-04-2019, 13:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01