“Qoyduqları pulun taleyi ilə maraqlanmırlar” - Bakıda yaranan manat “xof”u
Azərbaycan Mərkəzi Bankının noyabrın sonuna olan məlumatına görə, ölkədəki bütün bank əmanətlərinin 9.6 faizi Azərbaycan regionlarının payına düşüb. Burada əmanətlərin 81.2 faizi (702 milyon manat) milli valyuta ilə olan əmanətlərdir. Bakıdakı əmanətlərin həcmi 7.847 milyard manat təşkil edib ki, bunun da az hissəsi (3.286 milyard manat) milli valyutadadır.
Regionlardakı sakinlərin milli, Bakıda isə xarici valyutada vəsaitlərini banklarda saxlamaq istəmələrinin səbəbi nədir? Bakı sakinlərinin xarici valyutaya “sevgi”sini nə ilə izah etmək olar?
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli ilə əlaqə saxladıq. O qeyd edib ki, bu daha çox paytaxt sakinlərinin intellekti və maraqları ilə əlaqəlidir:
“Regionlarda maariflənmə aşağı səviyyədədir. Əmanət yatıran əhalinin böyük hissəsi artıq uzun müddətdir ki, manatın sabitləşməsinə arxayınlaşaraq, milli valyutaya üstünlük verirlər. Bir məsələ də ondan ibarətdir ki, milli valyuta əmanət kimi daha çox divident gətirir. Amma digər valyutalarda qoyulan əmanətlərin dividenti kəskin olaraq aşağıdır. Milli valyuta ilə qoyulan əmanət 9-12 faiz ilə divident verirsə, dollarla və ya avro ilə qoyulan əmanət cəmi 2-3% divident verir.
Digər tərəfdən məbləğ aşağı səviyyədə olduğu üçün tutaq ki, 2 min, 5 min və s. əmanət qoyan sahibkar və ya vətəndaş qoyduğu pulun taleyi ilə maraqlanmır. Amma Bakıda daha böyük məbləğdə əmanət qoyan sahibkarlar var. Həm də onlar daha çox dövri mətbuatla maraqlanırlar. Ölkənin paytaxtında intellekt daha çox cəmləşib. Ona görə də paytaxt əhalisinin əmanətlərə müraciət edən insanların əksəsriyyəti bu gün Azərbaycan manatının təxminən hansı şəraitdə sabitləşdiyini bilirlər. Yəni fərqindədirlər ki, Azərbaycan manatı güvənli valyuta deyil. Yəni ən azı onun ucuzlaşmasını Bakıda olan sahibkarlar daha yaxşı bilirlər.
Bu gün Azərbaycan höküməti və Mərkəzi Bank manatı müxtəlif vasitələrlə inzibati qaydada sabit saxlayır və manatın arxasında da kifayət qədər nə qızıl, nə məhsul ehtiyatı yoxdur ki, manata digər valyutalarla rəqabətə girsin. Bunu paytaxt əhalisi bilir. Paytaxtda əmanət qoyan əhalinin pulu daha çox məbləğdədir. Onlara da pulun güvəndə olması daha maraqlıdır. Bu səbəblərə görə də fərqlər yaranır. Hesab edirəm ki, az faizlə xarici valyuta ilə əmanət yatıranlar haqqlıdırlar. Bu gün Azərbaycan manatının ucuzlaşmama şansı çox azdır. Daha doğrusu manatın sabitliyi bu gün dünya bazarında neftin qiymətindən və hökümətin qərarından asılıdır. Buna görə də böyük həcmlərdə depozit yatıran sahibkar bunun fərqindədir”.
Ekspert həmçinin bu ənənənin gələcəkdə dəyişmə ehtimalının olub-olmaması məsələsini də şərh edib:
“Dəyişə bilər, amma bunun üçün uzun zaman lazımdır və bu uzun zaman ərzində iqtisadiyyat inkişaf etməlidir. Xarici valyutalar ilə sərbəst rəqabətə girən valyuta formalaşdırılmalıdır. Belə olan halda vəziyyət dəyişə bilər.
Burada bir məslə də indikator rolunu oynayır. Bizim idxal-ixrac balansında neftin payını çıxdıqdan sonra, nə vaxt ki, bizim xarici idxal-ixrac balansımız müsbət saldo göstəricisi verəcəksə, onda bizim valyutamız güvənli olmağa başlayacaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-01-2020, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-01-2020, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti