Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI
Bu il Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə təqdim olunacaq.
Nazirlər Kabineti hər il fəaliyyəti haqqında Milli Məclisin yaz sessiyasında parlamentə hesabat verir.
Hesablama Palatası isə öz işi barədə Milli Məclisə iki dəfə (yaz sessiyasında - aprelin 15-dən gec olmayaraq) və payız sessiyasında - oktyabrın 15-dən gec olmayaraq hesabat verir.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununa görə, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Prezidentə illik məruzəni təqdim edir. Həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatını Baş nazir Əli Əsədov təqdim edəcək. Bu, Baş nazir kimi onun parlament qarşısında ilk hesabatı olacaq.
Ombudsman Səbinə Əliyeva da bu vəzifədə ilk hesabatı parlamentə təqdim edəcək.
Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatordur. O da Milli Koordinator kimi ilk hesabatını təqdim edəcək.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini isə Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.
Bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Milli Məclisin Daxili Nizamnaməsində yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə bağlı müddəalar yer alıb.
Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. /Oxu.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-01-2020, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-01-2020, 12:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01