Bu gündən eksternat imtahanlarına start verilib
Bu gündən Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana hər iki səviyyə üzrə 847 nəfər qatılıb.
Tam orta təhsil səviyyəsi üzrə eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Ana dili (təlim dili), ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika) üzrə imtahan veriblər. Dekabrın 27-də isə eksternat imtahanları digər fənlər (Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə davam edəcək.
Ümumi orta təhsil səviyyəsi üzrə isə eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika və riyaziyyat) üzrə imtahan veriblər. Eksternat imtahanları dekabrın 27-də digər fənlər (Azərbaycan tarixi, ümumi tarix, xarici dil, informatika, biologiya, coğrafiya, həyat bilgisi) üzrə davam edəcək.
Qeyd edək ki, hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Onu da qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-12-2019, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-12-2019, 16:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26