“Hər şeyin qayda-qanunu var...” - PFL prezidentinə MESAJ
Xəbər verdiyimiz kimi, PFL-in (Peşəkar Futbol Liqası) prezidenti Ramin Musayev İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində "Turan Tovuz" və "Kəpəz"in gələn mövsümdən Premyer Liqada iştirak edə biləcəyini söyləyib.
Bəs görəsən, klublar buna hazırdırmı? Hazırda 7 futbolçusunu oyun alqı-satqısına görə, "itirən" "Turan Tovuz" və maliyyə sıxıntısı çəkməsi ilə bağlı haqqında tez-tez xəbərlər yayılan "Kəpəz" elitada çıxış etməyə nə dərəcədə hazırlıqdırlar?
Bununla bağlı hər iki klubun rəsmisinin fikirlərini öyrəndik.
"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev klubun maddi sıxıntılarının olduğunu bildirib:
"Azərbaycanda 1-ci divizion klubları ilə Premyer Liqa klubları arasında böyük fərq var. Bu gün "Kəpəz"in büdcəsi Premyer Liqa klublarının büdcəsindən çox aşağıdır. Bu büdcə ilə Premyer Liqada mübarizə aparmaq olmaz. Əgər "Kəpəz" növbəti il Premyer Liqada mübarizə aparsa, klubun büdcəsinə bəlkə, əlavə vəsaitlər daxil olar. Hələlik bu barədə danışmaq tezdir. Çünki çempionat davam edir.
Ramin Musayevin dediklərini hörmətlə qarşılayırıq, amma hər şeyin qayda-qanunu var. Ən azından maya qədər gözləmək lazımdır. Bilmək lazımdır ki, "Kəpəz" lisenziya şərtlərini və ondan əvvəl də turnir cədvəlində lazım olan mövqeyini təmin edə biləcəkmi? Yalnız bundan sonra Premyer Liqaya vəsiqə qazanmaq olar".
"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev isə saytımıza açıqlamasında klubun Premyer Liqada iştirak etməyə hazırlıqlı olduğunu deyərək mesaj göndərib:
"Turan Tovuz" neçə illərdir, Premyer Liqaya çıxmaq arzusundadır, buna hazırlaşır. Birinci diviziondakı komandaların çoxu əsas klubların 2-ci komandalarıdır. Onlar Premyer Liqaya çıxa bilməzlər. Ancaq yerdə qalan 5 komanda əsas liqada çıxış edə bilərlər. O birilər isə 1-ci yer olsalar da, əsas liqaya çıxa bilməyəcəklər. Yalnız əsas liqadakı klubların 2-ci komandalarından sonra yer tutan komandalar Premyer Liqaya vəsiqə qazana bilərlər. Ramin Musayev çox güman bunu nəzərdə tutub. Bugünkü gündə Tovuz da, Gəncə də infrastruktur cəhətdən hamıdan yaxşıdır. Tovuzda futbol adına hərşey var. Yəni, biz Premyer Liqada oynamağa hazırıq".
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-12-2019, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-12-2019, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01