Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi - FOTOLAR
Bu gün səhər saatlarında Ağsu - Xanbulaq avtomobil yolunda torpaq uçqunu baş verib.
regionxeberlericom.az oxu.az-a istinadən xəbər verir ki, rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq kəndinin yaxınlığında yolun bir hissəsi uçub.
Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan yük maşını bataraq yolda qalıb.
Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.
Səhər saatlarında kənddən rayona və əks istiqamətdə hərəkətdə olan avtomobillər uçqun səbəbindən yolda qalıb.
Sözügedən yolda 4 nöqtədə sürüşmələr qeydə alınıb.
Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.
Torpaq uçqununa intensiv yağışların səbəb olduğu bildirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-04-2019, 14:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-04-2019, 14:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti