POLŞA SƏFİRLİYİNİN QABAĞINDA AĞLAMAQ
Bu yaxınlarda bloqumda bir yazı paylaşmışdım: “Niyə varlana bilmirik?”. Yazıda öz şəxsi problemlərimdən, nə qədər işimi böyütməyə çalışsam da, kənara pul ata bilməməyimdən söz açmışdım. Amma qeyd etmişdim ki, əsasən dövlətin tenderlərindən “otkat”alanlar daha çox qazanır və pulları “ofşor” hesablara daşıyır. Dövriyyədə isə pul azdır, biz yerdə qalan “qara camaat” bir-birimizdən dolanaraq, 400-500 manatla baş qatırıq.
Bu yazını sırf şəxsi giley-güzar kimi anlayanlar da oldu, mesaj yazaraq, “Vallah, mən də o gündəyəm, əlləşib-vuruşuram, artıra bilmirəm” deyənlər də. Ümumiyyətlə, Azərbaycanda sadə vətəndaşlar və kiçik sahibkarların çoxu eyni vəziyyətdədir.
Həmişə demişəm ki, Allah adamın ağlını başından almasın, qalan bütün problemlər düzələndir. Lakin elə hallar olur ki, orda ağıl da (sağlam düşüncə) rol oynamır. Ya hansısa aferistliyin olmalıdır, ya da hansısa mafiyaların himayəsində olmalısan.
Bu gün bir çox insan Azərbaycanı tərk edir və ya etmək arzusundadır. Açıq etiraf edək ki, 19 oktyabr mitinqindən sonra, ətrafımda xaricə getməklə bağlı tərəddüd edənlərin əksəriyyəti artıq bu fikri qətiləşdiriblər. Məndən tez-tez ailə ilə necə çıxıb getməyin və ya özü gedərək, sonra ailəsini aparmağın yolllarını soruşurlar. Əminəm ki, son yanğınlar cəmiyyətdəki “köç” əhval-ruhiyyəsini daha da gücləndirəcək.
Və bir məqam da var ki, bir az pulu olan artıq öz ölkəsində hansısa yatırım etməyə ehtiyatlanır. Son iki-üç ildə insanlarımız daha çox Polşaya meyl göstərir. Hətta artıq Polşada iş quran, kafe, restoran, kiçik istehsalat müəssisəsi, inşaat firması və ya logistika şirkəti quran həmyerlilərimiz də var. Əlbəttə, Polşa işçi vizasını Avropanın digər ölkələrinə (Almaniya, Niderland, Belçika, Fransa, İsveç və Norveç) keçid üçün “vasitə” bilənlər də var.
Mən daim bu məqsədlə yanaşanlarla müqavilə bağlamaqdan, xidmət göstərməkdən boyun qaçırmışam. Çalışmışam ki, ucuz, amma Polşada real işə getmək istəyənlər üçün xidmət göstərim. Səfirliyin “qara siyahısı”na da düşməkdən həmişə çəkinmişəm.
Lakin təəssüflər olsun ki, “qorxan gözə çöp düşür”. Mənim prinsipimi bilən istər tanış, istərsə də kənardan eşidən şəxslər məni çox aldatdılar.
Mənim təkbaşına “klientura” yığmaq imkanım məhdud olduğuna görə, ortada “dəllallıq” edən bəzi adamlar mənə müxtəlif adamların pasportunu gətirib, “real işçi” kimi sırıdılar. Viza alandan sonra da onların çoxunu tapa bilmədim. Bu azmış kimi, hər hansı münaqişə yarandıqda da, elə bu adamlar mənim barəmdə səfirliyə müxtəlif “danos”lar yazaraq, bu anonim şikayətlərin hətta el arasında “Bandotdel” adlanan DİN BAŞ MCMİ-yə qədər getməsinə də rəvac verdi. Amma məsələ bağlandı. Çünki heç bir əsas və fakt yox idi. Mən o quruma dəvət olundum və bir saat sonra hörmətlə də yola salındım.
Guya biz yer satırıq, guya monopoliya qurmuşuq. Sadə adamlar da buna inanır və hətta sosial şəbəkədə mənə lənət yağdıranlar da olub.
Biz (Bakıdakı firmalar) ukraynalı və belaruslu işbazların əsirinə çevrilmişik. İstər 1 nəfərə, istərsə də 10 nəfərə görüş günü almaq üçün, hər anket başına 200 dollardan 250 dollara qədər pul tələb edirlər (yerlər az açılanda bu məbləğ 300 dollara çatır). Biz də öz müştərilərimizdən əlavə pul tələb edə bilmirik və nəticədə zərərə özümüz düşürük, öz cibimizdən yer tutmaq üçün pul veririk ki, təki adamlar Səfirliyə girsin, adımız “dələduz” kimi çıxmasın…
Əvvəl müştəridən aldığımız pulun daha çox qismi bizə qalırdı.
Elə buna görə də, bəzən viza alan müştərimiz pulu olmadığını deyəndə, “canın sağ olsun” deyib keçirdim. İndi isə bəzi müştərilər bizə necə zərbə vurduqlarını anlamadan, “ucuza viza” alır, hətta o ucuz məbləği də ödəməkdən boyun qaçırıb aradan çıxırlar… Dəvət olunduqları yerə gedən də adətən 3 nəfərdən biri olur. Şəxsən görüşüb yaxından tanıdığım adamlardır onlar da. Ya da qohumu və ya dostu həmin yerdə işləyənlər.
Yuxarıda işbaz qruplarından söz açdım. İqor Bondarçuk adlı Ukrayna vətəndaşı haqda həm Polşa, həm də Ukrayna səfirliklərinə (Служба Безпеки – Ukrayna Təhlükəsizlik Xidmətinə həmçinin) məlumat verdim. Bu adamın bizi necə şantaj edib pul qopardığını yazdım. Reaksiya sıfır. Sadəcə təşəkkür etdilər. Səfirlik bu halların qarşısını almaq istəmirmi – anlamadım?!
Məqsəd axının qarşısını almaqdır (çox güman), amma strategiya yanlışdır. Əgər biz rekrutinq firmasıyıqsa, müştərilərimiz səfirliyə girməlidirsə, viza almaq da ancaq qeydiyyatla mümkündürsə… o zaman Səfirlik də əziyyət çəkib müraciət üçün münbit mühit yaratmalıdır. Bərabər şərtlərlə və hamı üçün.
Süleyman peyğəmbərin ədalətinə dair rəvayət var. Eyni vaxtda və eyni məkanda doğulan iki uşaqdan biri ölür. Qadınlar sağ qalan uşağı “bölüşdürə bilmir”. Biri deyir anası mənəm, o birisi isə deyir ki, yox uşağı mən doğmuşam. Süleyman peyğəmbər qadınları yoxlamaq üçün ucadan deyir: “Uşağı ortadan ikiyə bölüb, hərəsinə bir tikəsini verin!”. Qadınlardan biri razılaşır, digəri isə ağlamağa başlayır ki, yox, uşağa əl vurmayın, mən imtina etməyə razıyam. Və ədalət qələbə çalır: Süleyman Peyğəmbər uşağı ondan imtina edən qadına – əsl anaya verir.
Biz də bu sektorda “yertutma” üzrə qazanılan pullardan imtina etməyə razıyıq (qeydiyyatın pulla aparılmasında ən çox gəlir itirən də elə biz şirkətlər oluruq). Yetər ki, insanlarımız əziyyət çəkməsin. Lazım deyil bizə kənar müştərilərdən qalan 50 manat, 100 manat.. Yetər ki, hər kəs bərabər şəkildə səfirlikdən gün ala bilsin!
Amma Səfirlik bizi eşitmək istəmir, müraciətlərimizi cavabsız qoyur, möhürümüz olan müraciət və tövsiyə, apelyasiya xarakterli məktubların üzünə də baxmaq istəmir. Email məktublarına şablon cavablar verilir.
Əsas gətirilir ki, Səfirlik özəl şirkətlərlə əməkdaşlıq etmir – sadəcə dinlənilmək istəmişdik axı... Biz bazardan gedərik, bazarda kimlər yer tutar? Əlbəttə, çayxana maklerləri…
Bu günlərdə bir kişinin Polşa səfirliyinin qarşısında ağladığını gördüm. Bir “makler” ondan 3500 manat alıb, saxta sənəd sırıyıb… Amanın günüdür, qoymayın biz qabağa gedək, tanınaq. Axı bizim ofisimiz var, axı biz leqal işləyən firmayıq… Axı bizi axtaran tapa bilir!
Nə edək, biz də gələk Səfirliyin qabağında ağlayaq? Yoxsa, özümüzü elə göstərək ki, guya heç bir problemimiz yoxdur?!
Strategiyanız heç də istədiyiniz kimi davam etmir, cənab Səfir, cənab Konsul və konkret hansı vəzifə tutduğu məlum olmayan, amma şübhəcil və sərt xarakterinə görə sektorda çoxunun NKVD şefləriylə müqayisə etdiyi hörmətli Karol!
STRATEGİYA VƏ YAXUD DA YANAŞMA DƏYİŞMƏSƏ, SƏFİRLİYİN QABAĞINDA HƏLƏ ÇOX ADAM AĞLAYACAQ!
Kimisə hansısa şəkildə təhqir etdimsə, bəribaşdan üzr istəyirəm, amma təəssüf ki, bəzən aşırı sərtlik cəmiyyətdə xoşagəlməz bənzətmələrə yol açır.
Biz Polşanın düşməni yox, dostuyuq…
Hörmətlə, Pan Rufat (Rüfət Əhmədzadə).
panrufat.com
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-12-2019, 22:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-12-2019, 22:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11