Firmalar vətəndaşları kütləvi surətdə aldadır - “Zəmanətlə bağlı böyük problemlər var”
Azərbaycanda bir çox şirkətlər satdıqları mallara zəmanət talonu yazır və müştəri malı təhvil aldısa, satan şirkət zəmanət verdiyini unudur. Və ya zəmanət üzrə öhdəlikləri tam şəkildə yerinə yetirməkdən boyun qaçırır.
Məsələn, vətəndaş kombi alır və məhsulu satan şirkət 2 illik zəmanət verir ki, cihaz heç bir problemi olmadan 2 il işləyəcək. Olacaqsa, satıcı problemi aradan qaldıracaq. Axı bunu zəmanət talonunda yazıb, möhürləyib, imzalayıb alıcıya təqdim edirlər. Alıcı da düşünür ki, 2 il müddətində kombidən istifadə edəcək. Amma belə deyil.
Alıcı problem yarandıqda satıcının təqdim etdiyi zəmanət talonunda yazılan servis xidmətinə müraciət edəndə ona deyirlər ki, xidmət yalnız ümumi baxışdan ibarətdir. Yəni servis əməkdaşı gəlib kombiyə baxacaq və sıradan çıxmış hissəni dəyişəcək. Şərt də budur ki, həmin sıradan çıxan hissəni kombinin alıcısı olan vətəndaş ödəməlidir.
Yəni zəmanət yalnız servis xidməti əməkdaşının gəlib nasazlığı müəyyən etmək və alıcı vətəndaşın hesabına aradan qaldırmaqdan ibarətdir. Bunu isə zəmanət talonunda yazmırlar. Bu isə özlüyündə vətəndaşı aldatmaqdan başqa bir əməl deyil. Üstəlik, servis xidməti kombi alınıb quraşdırılandan sonra işə salma üçün çağırılmalı, kombini işə salan servis əməkdaşına da 30 manat ödəməlidir ki, ona zəmanət talonu verilsin. Yəni vətəndaş kombinin alışına xərclədiyi pulun üzərinə 30 manat da əlavə pul ödəyib zəmanət talonunu alır və nəticə etibarı ilə aldadılır.
Kombilərin qiymətləri də ucuz deyil. Ən ucuz kombi 800 manatdan başlayır və 1500 manat, daha yuxarı qiymətə satılır.
Belə bir vəziyyətdə vətəndaşın aldığı kombinin qiymətindən əlavə 30 manat ödəyib zəmanət talonu almasına ehtiyac qalmır. Çünki servis əməkdaşı kombinin sıradan çıxmış hissəni dəyişdirərkən vətəndaşdan hissənin pulu ilə yanaşı zəhmət haqqı da alır. Amma zəhmət haqqı dəyişdiriləcək hissənin qiyməti kimi təqdim olunur. Məsələn, kombinin hava turbininin qiyməti 50 manatdırsa, servis əməkdaşı malın 70 manata olduğunu deyir. Turbini dəyişir və aradakı fərq - 20 manat öz cibinə gedir. Amma kombini satan şirkət bunu zəmanət talonu üzrə görülən iş kimi qeydə alır. Yəni vətəndaşı aldadırlar.
Bəs zəmanət talonu nədir?
Zəmanət talonu əldə edilmiş məhsulun zəmanət təmiri və xidmətinə hüququ təsdiq edən sənəddir. Hər bir zəmanət talonunda məhsuldan təyinatına görə istifadə edilməsinin qaydaları izah edilir, istehsalçının nəyi qadağan etdiyi göstərilir. Pulsuz zəmanət təmiri ancaq məhsul zavod qüsuru ilə olması səbəbindən nasazlığı halında və ancaq zəmanət talonunda göstərilən müddət ərzində həyata keçirilir. Seriya nömrəsi və məhsulun modeli zəmanət talonunda götərilənlərlə eyni olmalıdır. Zəmanət təmirinin müddəti əldə edilmiş hər bir məhsul üçün ayrıca göstərilir və əldə edilmə anından etibarən aylarla hesablanır. Zəmanət təmiri və ya xidmətinin təmin edilməsi üçün avadanlıq, istehsalçı şirkət tərəfindən səlahiyyət verilmiş servis mərkəzinə təhvil verilməlidir. Nəqliyyat xərcləri həmin zəmanət öhdəliklərinə daxil edilmir.
Azərbaycan ərazisində qüvvədə olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 4-cü bəndində isə yazılıb: “İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir”.
Qanunun 6-cı maddəsinin 1 və 2-ci bəndlərində isə vurğulanır: “İstehsalçı (icraçı) malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin edir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında, yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır”.
Qanunun 14-cü maddəsində isə deyilir: “Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır”.
Göründüyü kimi, Azərbaycan qanunvericiliyində satılan malların zəmanəti, satıcının öhdəlikləri və s. ilə bağlı məsələlər dəqiq tənzimlənir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a istehlakçıların zəmanət adı ilə aldadılması hallarının geniş yayıldığını deyib: “Azərbaycanda zəmanətlə bağlı böyük problemlər var. Birincisi, Nazirlər Kabineti siyahı müəyyən etməlidir ki, malların hansı hissəsinə zəmanət verilir. Məsələn, məişət cihazları - bahalı telefonlar, televizorlar, paltaryuyan, ətçəkən maşınlar, soyuducular, kondisionerlərlə bağlı dəfələrlə şikayətlər gəlir. Vətəndaşlar məişət cihazını alır, ondan əlavə zəmanət haqqı da tuturlar. Adına ”qızıl", “gümüş” dediklər zəmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsi isə çox ciddi problemdir. Məhsulu hissə-hissə xaricdən alıb gətirirlər və burada yığırlar. Ən bahalı və funksional hissələri Çindən ucuz qiymətə alırlar. Təbii ki, belə yığılma malın funksional hissəsi tez bir zamanda sıradan çıxır. Vətəndaş da məcbur qalıb servisə müraciət edir. Yenə də Çin istehsalı həmin hissəni çox baha qiymətə dəyişib vətəndaşı aldadırlar. Vətəndaş şikayət edəndə də deyirlər ki, həmin hissəyə biz zəmanət vermirik. Guya vətəndaş bunlara yalnız o hissənin pulunu verib. Əslində isə zəmanət talonunda göstərilən müddətdə satdıqları cihazda yaranan nasazlığa cavabdehdirlər, öz hesablarına həmin nasazlığı aradan qaldırmalıdırlar".
Eyyub Hüseynov vətəndaşların zəmanət talonu üzrə şirkətlər öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə İqtisadiyyat Nazirliyinə müraciət etməli olduqlarını deyib: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çox təəssüf ki, vətəndaşları belə hallarda məhkəməyə yönləndirir. Bu isə yolverilməzdir. Ölkə başçısı 2 ilə əvvəl fərman imzaladı. Həmin fərmanla İqtisadiyyat Nazirliyindən əlahiddə bir qurum yaradılmalıdır. Nazirlər Kabineti bu günə qədər fərmandan irəli gələn qurumu yaratmağa tələsmir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi yaradılmalıdır. 2 ildir ki, agentliyi yaratmırlar, şirkətlər də vətəndaşları aldatmaqda davam edir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01