17 saylı dairə ilə bağlı mübahisə yarandı
17 saylı Yasamal seçki dairəsi ilə bağlı Respublikaçı Alternativ Partiyası (REAL) müstəqil namizədlərlə birgə yaratdığı “Real Cümhuriyyətçilər” ittifaqı ilə REAL-ın keçmiş Məclis sədri Azər Qasımlı arasında mübahisə yaranıb.
“Real Cümhuriyyətçilər” ittifaqı həmin dairədən vəkil Cavad Cavadovun namizədliyini irəli sürüb. Sən demə Azər Qasımlı da seçkilərə bu dairədən qatılmaq niyyətində imiş. REAL-ın keçmiş Məclis sədri bu barədə bildirib:
“17 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürən Cavad Cavadova seçki yarışında uğurlar arzu edirəm!
İki gün əvvəl Erkin Qədirli ilə görüşmüşdük. Məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin REAL-dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim.
Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm.
Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər mən həmin dairəni seçməzdim. Çünki hər ikisinə böyük hörmətim var və mənim bu seçkilərdə rəqibim hakimiyyətin namizədidir.
Bu məsələdə yersiz atmacaları və oyunbazlığı isə ümumi prosesə bağışlayıram”.
Azər Qasımlı sonda bildirib ki, artıq 17 saylı dairədən namizəd kimi seçkilərə hazırlığa başlayıb.
REAL-ın icraçı katibi Natiq Cəfərlinin Azər Qasımlıya cavabı gecikməyib. Onun sözlərinə görə, Cavad Cavadovun namizədliyi dekabrın 6-da irəli sürülüb:
“17-ci Yasamal dairəsində Real Cumhuriyyətçilər İttifaqının namizədinin Cavad Cavadov olması haqda qərarı biz dekabrın 6-da verdik. Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan gedəcəyini müzakirə edirdik və bu qərara gəldik. Həm Vasif bəy, həm də Fərhad Hocam (hüquqşünas Fərhad Mehdiyevi nəzərdə tutur-red) bunu təsdiqləyə bilər.
Siyahımızın tədricən açıqlanması haqda da qərar verdik. Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq.
Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi, amma Erkin bir az tez getdi, görüşü var idi. Cavad Cavadov "17-ci dairə" deyəndə İlqar Məmmədov özü ordan namizədliyini irəli sürmək fikrində olsa da (o dairədə yaşayır), geri cəkilib onu dəstəklədi.
Razılaslşdığımız kimi, dekabrın 11-də ittifaqımızın ilk ictimai təqdimatı oldu. Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik.
Xatırladım ki, REAL-ın qərarvermə prosesindən Azər Qasımlı özü özünü kənarda qoyub, yəni ona partiyadan heç kim çıxartmayıb, özü gedib - qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə - özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi.
Biz ciddi siyasi mübarizədəyik, bəzi insanlar (məsələni bilmədən sosial şəbəkələrdə rəy yazanlar da) isə həvəslə qərəzi bir-birinə qarışdırırlar - bu təəssüf doğurur. Daha bir məsələ odur ki, 17 ci dairədən 3 əla namizəd olsa (hörmət etdiyim Bəxtiyar bəy də o dairədən namizəd olmaq istəyir) bütün dairəni seçkiyə kökləməyə imkan artacaq, ən azından o dairəni hakimiyyətin əlindən qoparmağa böyük şans yaranacaq. Məsələyə bu pəncərədən də baxmaq olar. Əsas odur ki, seçki abu-havasını məmləkətə gətirməyə nail olduq. Bu isə artıq kiçik və ilkin qələbədir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-12-2019, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-12-2019, 13:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11