Baş nazir məzuniyyətin hesablanma qaydasını təsdiq etdi
Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiq edib.
Yeni qaydalar “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq hazırlanıb və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir və məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası hakimə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.
Qərarda qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan hakimin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqının müəyyən edilməsi üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Hakimə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir.
Qərara əsaəsn, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır:
- faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı;
- vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə;
- hakimlik stajına və prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə;
- Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən yüksək hüquqi ixtisasa görə vəzifə maaşına əlavə;
- elmi dərəcəyə görə vəzifə maaşına əlavə;
- fəxri ada görə aylıq təqaüd;
- səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən aylıq pul təminatı;
- müvəqqəti əvəzetməyə görə ödəmə;
- qanunvericilikdə hakimlərin iş yerlərinin və əmək haqqının saxlanıldığı hallarda ödəmələr;
- məcburi işburaxma dövrünün ödənilməsi;
- əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;
- dəniz səviyyəsindən 1200 metrdən yüksəklik yerlərdə əmsallar üzrə əlavə ödənişlər.
- Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmır:
- birdəfəlik xarakter daşıyan mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər;
- ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində və sonrakı 4 (dörd) il ərzində ildə bir dəfə ödənilən birdəfəlik yardım;
- müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı;
- məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət;
- zamiyyə xərcləri;
- birinci instansiya məhkəmələrinin hakimlərinə verilən dəftərxana ləvazimatlarının dəyəri;
- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilən kompensasiya.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-12-2019, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-12-2019, 10:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11