Avtomobillə xaricə gedənlərin nəzərinə: Gömrük komitəsindən YENİLİK
Dövlət Gömrük Komitəsi (DGK) gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə “Elektron növbə” layihəsinin tətbiqinə başlayıb.
DGK-dan verilən məlumata görə, artıq şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən keçə bilərlər.
Komitədən bildirilib ki, “Elektron növbə” layihəsi daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən 3 növ xidmət təklif olunur:
“Elektron növbə” (e-növbə);
“Sürətli keçid” (Fast Track);
“CİP xidmətləri”.
Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki “Elektron xidmətlər” bölməsindən “onlayn növbə” alt bölməsinə daxil olaraq “e-növbə” xidmətini seçirsiniz. Bu zaman açılan “Sürücü haqqında məlumat” pəncərəsindəki ilk qrafaya səyahətçinin pasport nömrəsi qeyd olunur və digər qrafalardakı məlumatlar avtomatlaşdırılmış qaydada sistem tərəfindən təmin edilir.
Mobil telefon nömrəsi daxil edildikdən və təsdiq haqqında SMS alındıqdan sonra “Nəqliyyat vasitəsi haqqında məlumat” bölməsinin 2-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunur. Avtomobil haqqındakı digər məlumatlar müvafiq olaraq sistem tərəfindən təmin edildikdən sonra “Digər məlumatlar” bölməsində istifadə edəcəyiniz gömrük-sərhəd keçid məntəqəsinin adı, tarix və saat qeyd edilərək təsdiq düyməsinə basılır.
Qeydiyyat uğurla başa çatdıqda istifadəçinin mobil telefonuna qeydiyyat kodu (BAR CODE) göndərilir.
“E-növbə” istifadəçisi aldığı qeydiyyat koduna əsasən ölkədə mövcud olan elektron ödəniş sistem və xidmətlərindən istifadə etməklə ödəniş edir və onun mobil telefonuna təsdiq mesajı göndərilir. Seçdiyiniz vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləyin. Mobil telefonunuza “qapıya gedin” SMS-i daxil olduqdan sonra buraxılış məntəqəsinə yaxınlaşın. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilinizin nömrəsi əks olunduqda, canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil olun.
“Gömrük nəzarəti xətti”ndə növbəyə duraraq mobil telefonunuza göndərilən qeydiyyat kodunu (BAR CODE) gömrük xidməti üzrə “bir pəncərə”yə təqdim edin. Pasport qeydiyyatı başa çatdıqdan sonra sərhəd keçidiniz təmin olunacaq.
“E-növbə” xidmətindən istifadə edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda isə onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-12-2019, 19:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-12-2019, 19:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti