“Bu dəyişikliklər 2013-də olmalı idi, Milli Şura qarşısını aldı” - İbrahimbəyova sərt təpki
“Ramiz Mehdiyev və Əli Həsənov kimi adamların işdən çıxarılması sözsüz ki, müsbət addımdır və bunu ancaq alqışlamaq olar”. Tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Turan”a müsahibəsində bildirib.
Milli Şuranın təsisçisi və müxalifətin 2013-cü ildə prezidentliyə namizədi olmuş (ölkəyə gəlmədiyinə görə Cəmil Həsənli namizəd seçildi - E.S.) İbrahimbəyov bildirib ki, rəsmi ideologiyada nə qədər mənfi varsa, onların fəaliyyətinin nəticəsidir. Onun sözlərinə görə, rəhbərliyin son addımlarına sevinir və bu onda nikbinlik yaradır: “Bizi düşmən və hakimiyyəti devirməyə çalışan müxalifətçilər kimi təqdim edirdilər.
Özlərini gözdən salan köhnə kadrların getməsi və gənclərin, təhsilli şəxslərin gəlməsi sözsüz ki, vəziyyəti sağlamlaşdıracaq.
Mən bu addımları hər vəchlə dəstəkləyirəm və lazım gələrsə, bu məsələdə hakimiyyətə mümkün olan bütün yardımı göstərməyə hazıram".
Bu açıqlamaları ilə bağlı İbrahimbəyovun mövqeyini öyrənmək istədik, lakin telefon zəngimizi açan kinorejissor xaricdə olduğunu və danışa bilməyəcəyini söylədi.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, İbrahimbəyov fikirlərində qeyri-səmimidir. Onun sözlərinə görə, bizdə yıxılana zərbə vurmaq adəti var: “İqtidarın siyasətini Ramiz Mehdiyevlə Əli Həsənov aparırdı. Yaxşı və pis nə varsa onların fəaliyyətidir. Ancaq İbrahimbəyov ki deyir, guya onlar iqtidarla onu düşmən elədi, bu, səmimi deyil. Milli Şuranın tutduğu ümumi xətt hakimiyyətin maraqlarına uyğun deyildi.
Sərdar Cəlaloğlu: “Sən siyasətçisən, dövlət adamısan ki, deyirsən, iqtidara kömək etməyə hazıram?!”
O vaxt Rusiyada “Milyarderlər ittifaqı” yaradılmışdı və Putin Azərbaycanı bu qüvvələrlə təhdid edirdi. Hətta Milli Şuraya qoşulan bəzi adamlar da mənə etiraf ediblər ki, bu qurum Rusiyanın ideyası ilə yaranmışdı, Moskvanın proyektiydi".
S.Cəlaloğlu təklif edir ki, İbrahimbəyov səmimidirsə, həqiqətləri olduğu kimi danışsın: “Desin ki, onun həmin ərəfədə bəyanatları Mehdiyevə və Həsənova qarşı deyildi, iqtidar əleyhinə idi.
İndi sən kimsən, siyasətçisən, dövlət adamısan ki, deyirsən iqtidara kömək etməyə hazıram?! Sən ən yaxşısı kino çəkə bilərsən. Axı o, nə kömək edə bilər? Kino çəksə, kifayət edir. Özünə hörmət edən ziyalı yaxşı olar ki, işi ilə məşğul olsun".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev İbrahimbəyovun niyə onlar vəzifədən gedəndən sonra bunları açıqladığını sual etdi. VİP sədri inanmır ki, onun dediklərinin hamısı həqiqətdir: “Ola bilsin ki, subyektiv fikirlərdi. Ancaq hamı bilirdi ki, Milli Şuranın və ”Milyarderlər ittifaqı"nın planı nə idi. Əslində bugünkü dəyişikliklər 2013-cü ildə baş tutmalıydı, Milli Şura qarşısını aldı".
Ə.Əliyev xatırlatdı ki, İbrahimbəyovun öz silahdaşları onu Moskva layihəsi adlandırıblar: “2013-cü il hadisələri və İbrahimbəyovla hakimiyyət arasında gərginlik onun siyasi iddiaları ilə bağlıydı. Əgər müsbətə doğru dəyişikliklərdə bundan sonra iştirak etmək istəyirsə və başqa dövlətin proyektində deyilsə, bunu alqışalamaq olar”.
Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb. Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək gəlməyib və Cəmil Həsənlinin namizədliyi dəstəklənib. Bir neçə ay əvvəl verdiyi müsahibəsində isə bildirmişdi ki, onu müxalifət namizədliyə təhrik edib. Və o, öz keçmiş qərarına görə çox heyfsilənir: “Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər”.
R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2019, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2019, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |