“Hər kəs öz yerini bilməlidir” – Elza yenə aranı qatdı, tənqid olundu
Əməkdar artist Elza Seyidcahanın xanəndələr haqqında dediyi fikirlər qalmaqala səbəb olub.
“ATV maqazin onlarla” verilişinə açıqlama verən xanəndələr E.Seyidcahanın fikirlərinə etiraz ediblər.
Xalq artisti Mələkxanım Əyyubova: “Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır”.
Xanəndə İlkin Əhmədov: “Dinləyə bilməyən çölə çıxsın”
Əməkdar artist Fərqanə Qasımova: “Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.
E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib: “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm”.
Qeyd edək ki, E.Seyidcahan xanəndələr haqqında “Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.- deyə fikir bildirmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-12-2019, 12:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-12-2019, 12:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11