reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Hər bir halda şəhid ailəsini məhkəməyə vermək qanundan kənar utancverici hadisədir...” - Bəhruz Bayramov

reklam

“Hər bir halda şəhid ailəsini məhkəməyə vermək qanundan kənar utancverici hadisədir...” - Bəhruz Bayramov


Aprel şəhidimiz polkovnik-leytanent Sənan Axundovun ailəsinə məxsus olan ev məhkəmənin qərarı ilə əlindən alınıb. İddiaçı tərəf isə “Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx İsfəndiyar Axundovdur.

Məsələyə münasibət bildirən vəkil Bəhruz Bayramov Moderator.az-a açıqlamasında bildirib ki, İsfəndiyar Axundov gərək şəhid ailəsinə qarşı bu addımı atmazdı:
“Şəhid Sənan Axundovu çox yaxşı tanıyıram, atası Tahir müəllimlə münasibətlərim var. S.Axundov həmişə keçirilən təlimlərdə birinci yeri qazanıb. Atasının normal imkanl olduğu halda Sənan hərbini seçərək, torpaqlarımız uğrunda şəhid olub. Burda işin mahiyyətinə baxmaq lazımdır. Olub ki, MMC-lər tikdikləri mənzili bir neçə adama satıb, belə hadisələrlə çox rastlaşmışam. Nəticədə də ziyanı vətəndaşlarımız çəkib. Amma hər bir halda qanunu da kənara qoysaq, İsfəndiyar Axundovun geniş imkanları var və o, şəhid ailəsinə qarşı bu addımı atmalı deyildi. Əlli kvadratmetr onun nəyinə lazım idi? Hər bir halda şəhid ailəsini məhkəməyə vermək qanundan kənar utancverici hadisədir. İ.Axundov imkanı olan adam kimi, qanun onun tərəfində olsa belə evi şəhid ailəsinə bağışlaya bilərdi”.


Paylaş:


Müəllif : Tarix:
29-03-2019, 16:55
Sikayət   


loading...
Загрузка...