Azərbaycan D0vlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin töhfəsi
Dərələrdən yel kimi, təpələrdən sel kimi keçib gedən, odun hənirtisi ilə torpağa canlanma gətirən, YUNESKO tərəfindən beynəlxalq status alaraq bütün dünyada qeyd edilən Novruz bayramı yavaş-yavaş ölkəmizə gəlməkdədir. Dörd ünsürü dörd çərşənbəsində ehtiva edərək, bayramın ictimai, sosial, etnoqrafik mahiyyətini və bəşəri dəyərlərini dünyaya tanıdan, keçmişimizi, bu günümüzü dəyərləndirərək, gələcəyimizə işıq saçan Novruz mövzusunun dekorativ-tətbiqi və təsviri sənətimizdə əksi isə hər zaman milli mədəni irsimizin tanıdılmasını qarşısına məqsəd qoyan “NUR Art House” sənət məbədində təşkil olunan “Allı-güllü Novruzum” sərgisi ilə sənətsevərlərə təqdim edilir.
Yeniliyi, inkişafı dəstəkləyən, gənclərimizin mədəniyyətimizin zənginləşdirilməsinə və təbliğinə cəlb olunmasınıi təşviq edən “NUR Art House” bu dəfə də ənənəsinə sadiq qalaraq meydanı peşəkar sənətkarlarımıza və gənclərimizə verdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsində “Sənətşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqinə geniş imkan yaratmaqla yanaşı, onlara tanınmış sənətkarlarla canlı ünsiyyət quraraq sənəti ustaddan öyrənmək imkanı əldə etdilər. Nəticədə isə gənclərimiz təəssüratlarını sənətsevərlərlə bölüşmək üçün 05 mart 2019-cu il tarixində saat 19.00-da qalereyada “Allı-güllü Novruzum” adlı sərgini araya-ərsəyə gətirdilər.
Novruz bayramı münasibətilə təşkil edilən sərgi milli adət-ənənələrimizin təbliği, insanlarda milli mədəni dəyərlərə hörmətlə yanaşmağın vacibliyini tərənnüm etməklə yanaşı, bayramın atributlarının nümayişini də nəzərdə tutur. “Azərbaycan xalçaçıları” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Eldar Hacıyevin, Bədirə Əliyevanın, Rauf Əbdülhüseynoğlunun, Mehriban Xəlilzadənin, Adil Məmmədovun, Zahidə Haşımovanın, mərhum Arzu Haşımovanın, Rusiya və Özbəkistan Rəssamlar ittifaqlarının üzvü Mehriban Əliyevanın, Elmira Qasımovanın, Sevinc Paşayevanın, Nailə Quliyevanın, Məhbubə Məmmədovanın bir-birindən gözəl, xalça, bədii tikmə, batika, keçə nümunələri, rəngkarlıq əsərləri məhz bu ideyanın tərənnümünə həsr edilmişdir. Sərginin ekspozisiyasının və reklam materiallarının dizayn müəllifləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizaynerləri – Şərqiyyə Əfəndizadə və Ləman Məmmədovadır.
Sərgi boyu hər çərşənbə axşamı bir etnoqrafik bayrama çevrilərək, “Sənətkardan öyrənək” ənənəsinin davamı kimi, müxtəlif mövzularda ustad dərsləri ilə müşayiət olunacaq.
Beləliklə, İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən “NUR Art House” sənətsevərləri 05 mart 2019-cu il tarixində saat 19.00-da “Səməni ətirli, bahar nəfəsli Novruz bayramı” sərgisinə dəvət edir.
Hörmətlə,
Professor Röya Tağıyeva
“NUR Art House”n Baş direktoru,
Sənətşünaslıq üzrə elmlər doktoru
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-03-2019, 21:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-03-2019, 21:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11