reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Metrostansiya adı dəyişməkdənsə, rus soyadlarından imtina etsinlər” - Ziyalılardan ETİRAZ

reklam

“Metrostansiya adı dəyişməkdənsə, rus soyadlarından imtina etsinlər” - Ziyalılardan ETİRAZ


Mediada və sosial şəbəkələrdə paytaxtdakı metro stansiyalarının adlarının dəyişdirilməsi, eləcə də tikilməkdə olan stansiyalara yeni adların verilməsi ilə bağlı təkliflər müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, yeni stansiyalara kimlərin adları verilməlidir?

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı gündə stansiya adı dəyişdirməklə tarixlə oynamağın yalnış olduğunu bildirib.

“Gündə metrostansiya adı dəyişib, tarixlə oynamaq olmaz. İndi köhnə küçələrin adını dəyişib səlahiyyətli adamlar öz qohumlarının adını qoyurlar. Əgər təzə stansiya tikilərsə, onda yeni adlar barədə düşünmək olar. Məsələn, mən çox istərdim ki, Nuru Paşa adına metrostansiya olsun. Məhəmməd Əmin Rəsulzadə, Babək, Cavad xan, Üzeyir Hacıbəyli və bu kimi Azərbaycan tarixində iz qoymuş şəxslərin adı ilə yeni metrostansiya fəaliyyətə başlaya bilər. Stansiya adı dəyişməkdənsə, gedib rus soyadlarından, “ov” şəkilçisindən imtina etsinlər. Bakının mərkəzi küçələri ingilis firma brendlərinin adı ilə doludur. Bu məsələni həll etsinlər, yoxsa ki, metrostansiya adlarını dəyişmək nəyə lazım”.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Modern.az-a yeni metrostansiya adlarının müxtəlif sahələri əhatə eməli olduğunu bildirib:

“Metrostansiya adları müxtəlif sahələri əhatə etməlidir. Yəni elə stansiyalar var ki, onlar bizim tarixi şəxslərin adları ilə, elə stansiyalar da var ki, hansı rayona yaxındırsa, ora uyğun adlandırılmalıdır. Hazırkı metrostansiya adları ilə bağlı heç bir narazılığım yoxdur, onların dəyişilməsinə ehtiyac duyulmadığını düşünürəm”.

“Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov stansiya adlarının dəyişdirilməsinin və yeni adların qoyulmasının onların ixtiyarında olmadığını qeyd edib:

“Metrostansiyalara adların verilməsi Nazirlər Kabinetinin rəsmi səlahiyyətindədir. Yəni adların verilməsi, dəyişdirilməsi məsələsinə birbaşa o qurum baxır. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən adlar üzrə komissiyada bütün müzakirələr aparılır. Lazım gəldikdə bizə müraciət olunur ki, biz də öz təkliflərimizi irəli sürək. Hazırda bizim tərəfimizdən həmin quruma rəsmi müraciət göndərilməyib. Gələn il ərzində “B 3” stansiyası fəaliyyətə başlayanda artıq biz Nazirlər Kabinetinə müraciət edəcəyik”.


Paylaş:


Müəllif : Tarix:
20-11-2019, 09:30
Sikayət   


loading...
Загрузка...