KREDİT BAZARI: Faizlər “cib yandırır” - "Problemi inkar etməklə o aradan qalxmır"
Azərbaycanda bankların təklif etdiyi kredit faizlərinin yüksək olması ölkənin maliyyə siyasəti ilə bağlı narazılıq doğuran məqamlardan biridir.
Bununla belə, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov kredit faizlərinin qonşu ölkələrlə müqayisədə yüksək olmadığını bildirib:
“Bu gün Azərbaycan banklarının təklif etdiyi kreditlərin faizləri qonşu ölkələrlə müqayisədə yüksək deyil”.
Onun sözlərinə görə, hazırda yerli banklar istehlak kreditlərini orta hesabla illik 23%-lə, biznes kreditlərini isə illik 8%-lə təklif edir:
"Bununla belə, apardığımız təhlillər göstərir ki, bu gün bankların 8,2 milyard manat likvid vəsaiti var".
İbrahim Alışov İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinə də diqqət çəkib: “Fond ötən il real sektora 17 milyon manat, bu ilin 9 ayında isə 40 milyon manat məbləğində dəstək verib”. Qeyd edək ki, ayrı-ayrı bankların istehlak kreditləri ilə bağlı reklam çarxlarına diqqət yetirsək, illik kredit faizlərini 18, 19, 20 faizlə təqdim edən bankların olduğunu müşahidə edərik. Bunlar ən aşağı göstəricilər olsa da, Avropa ölkələri ilə müqayisədə hədsiz yüksəkdir. Avropada kredit faizləri ilə bağlı ümumiləşdirmə apardıqda ortaya çıxan mənzərə belə olur: İstehlak kreditləri təxminən 4%-7%, biznes kreditləri təyinatdan asılı olaraq 2%-5%, qısa və ya uzunmüddətli ipoteka kreditləri 1%-3% arasında verilir. Bu cür kredit verən ölkələr arasında dünyanın inkişaf etmiş ölkələrinin də adı var. Fransa, İspaniya, Almaniya, Belçika, İtaliya, Yunanıstan da onların arasındadır. Azərbaycanda əlçatan olmayan, qarşısında böyük bürokratik və faiz səddi çəkilən ipoteka kreditlərinə isə İspaniyada heç 1 faiz də tətbiq olunmur. Burada 0,097 faizli ipoteka krediti verilir.
İqtisadçı Natiq Cəfərli «Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinin kredit faizlərinin yüksək olmaması haqqında açıqlaması yanlışdır:
“Azərbaycanda həm istehlak kreditlərinin, həm də biznes kreditlərinin faizləri çox yüksəkdir. Nədənsə, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi, əsasən, ən aşağı kredit faizlərini götürürlər. Bu da əsasən Sahibkarlara Yardım Fondunun verdiyi və ya güzəştli ipoteka vaistəsi ilə verilən kreditlərdən ibarət olur. Bu doğru yanaşma deyil. Avropada, hətta 1 faizlik biznes kreditləri də var. Maksimal olaraq 3-4 faizlə kreditlər verilir”.
Qonşu ölkələrlə müqayisəyə gəlincə, iqtisadçı deyir ki, Gürcüstanda bununla bağlı müxtəlif proqramlar var, biznes kreditlərinin faizləri isə 5 - 10 faiz arasında dəyişir:
“Ən vacibi odur ki, bu kreditlər uzunmüddətli olaraq verilir. Rusiyaya gəlincə, bu ölkənin telekanallarının verdiyi reklamlardan da kredit faizləri ilə tanış olmaq mümkündür. Burada bir çox banklar biznes kreditlərini 9 faizlə təqdim edir. Qazaxıstanda da buna yaxın rəqəmlərlə kreditlər təklif olunur. Azərbaycanda bank faizlərinin yüksək olmasını inkar etmək məntiqsizlikdir. Əksinə, bunun əvəzinə, bank faizlərinin aşağı salınmasının yolları haqqında düşünülsə, rəsmi qurumlar bununla bağlı addımlar atsalar, daha yaxşı olar. Problemi inkar etməklə o aradan qalxmır”.
Natiq Cəfərli qeyd etdi ki, ölkədə kredit faizlərinin yüksək olması həm də biznes kreditlərinin azalması ilə əlaqədardır:
“Bu ilin 9 ayında 1,3 milyard manata yaxın kredit verilib, onun təqribən 900 milyondan çoxu istehlak kreditidir. Biznes kreditləri istehlak kreditlərindən dəfələrlə aşağıdır. Bu da biznes kreditlərinin faiz dərəcəsinin çox yüksək olmasını açıq-aydın sübut edən faktlardan biridir. Banklar istehlak kreditlərindən daha yüksək gəlir əldə edirlər deyə, bu kredit növünə yükləniblər, kommersiya kreditlərinin risklərini öz üzərlərinə götürmək istəmirlər. Çünki kommersiya kreditləri uzun müddətli və aşağı faizlə verildikdə effektiv olur. Banklar biznes kreditləri qısamüddətli və yüksək faizlə verməyə çalışırlar ki, bu da daha böyük risklər yaradır. Ona görə də özlərini problemdən sığortalamaq üçün biznes istehlak kreditlərinə yönəlməyə çalışırlar. Bu da ümumi iqtisadi vəziyyətə mənfi təsir edən amildir. Çünki ümumi iqtisadi vəziyyətdə biznes kreditlərinin daha çox verilməsi iqtisadiyyatda canlanma yarada bilən əsas faktorlardan birinə çevrilə bilər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-11-2019, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-11-2019, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01