reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sputnik-Azərbaycan”-da erməni müdaxiləsinə son” şüarı ilə kampaniya başlayır

reklam

“Sputnik-Azərbaycan”-da erməni müdaxiləsinə son” şüarı ilə kampaniya başlayır


Xeyli müddətdir medianın gündəmindən düşməyən Rusiyanın “Sputnik” Agentliyinin Azərbaycan redaksiyasında hələ də “sular durulmur”.

Ermənistan hakimiyyətinin istəyi və agentliyin Moskvadakı erməni baş redaktoru Marqarita Simonyanın təkidli tələbi ilə “Sputnik-Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması böyük ajiotaja səbəb olub.
Buna baxmayaraq, Ermənistan hakimiyyətinin diqtəsi ilə hərəkət edən Moskvadakı rəhbərlik agentliyin Bakı redaksiyasında “korrektə” işlərini davam etdirmək niyyətindən əl çəkmir.
Məqsəd isə erməni mövzusuna, Azərbaycanın maraqlarına həssas yanaşan əməkdaşları sıxışdırmaq, işğalçı Ermənistana, erməni mövzusuna loyallıq göstərən, müti kollektiv formalaşdırmaqdır.
Əldə etdiyimiz məlumata görə, “Sputnik-Azərbaycan”ın rəhbərliyi bunun üçün yeni addımlar atmağa hazırlaşır.
Bu arada məlum olub ki, agentliyin Bakı redaksiyasında baş verənlərlə bağlı ölkə mediasının tanınmış ismləri ictimai təşəbbüslə çıxış etmək niyyətindədirlər. Bu məqsədlə yaxın günlərdə bir sıra tədbirlərin gerçəkləşəcəyi gözlənilir.

Bu tədbirlərə dövlət orqanları və media təşkilatları ilə görüşlər, birgə bəyanatlar, sosial şəbəkələrdə “Sputnik-Azərbaycan”-da erməni müdaxiləsinə son” şüarı ilə kampaniyanın aparılması və sairə.


Paylaş:


Müəllif : Tarix:
28-03-2019, 19:50
Sikayət   


loading...
Загрузка...