Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq
Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq.
APA-nın xəbərinə görə, bu barədə “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə Təhsil naziri Ceyhun Bayramovun əmrində nəzərdə tutulur.
Əmrdə qeyd olunub ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib. Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin 2019-cu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.
Əmrə əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilib və Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş qaydalar qüvvədən düşmüş hesab olunub.
Diaqnostik qiymətləndirmənin cari ilin sonunadək “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsi təmin ediləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-11-2019, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-11-2019, 14:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01