“Caspian Plaza”da sahibkarlara divan tutulur? - Qafar Dəmirçinini “müəllim” problemi
“Caspian Plaza” Biznes Mərkəzinin yeni sahibi Qafar Dəmirçi idarəçilikdə “Cəngəllik qanunları”na əsaslanır.
Yenicag.az xəbər verir ki, Bakının nüfuzlu Biznes Mərkəzlərindən olan “Caspian Plaza”nın yeni sahibi Qafar Dəmirçinin binada qərarlaşan icarədarlarla qanundankənar davranışları ilə bağlı şikayətlər artmaqdadır.
Məlumata görə, Mərkəzin rəhbərliyinə gətirildikdən qısa müddət sonra tabeliyindəki şəxslər tərəfindən ona “müəllim” yox, yalnız “bəy” deyə müraciət olunmasını tələb edən Qafar Dəmirçi bu “qayda”nı pozanları sərt şəkildə cəzalandırır.
İşçiləri ilə yolverilməz davranışları dözülməz həddə çatan Dəmirçi “Caspian Plaza”dakı icarədarlarla da yola getmir.
Bildirilir ki, 1986-cı ildə anadan olmuş Qafar Dəmirçi istədiyi icarədarı müqavilə müddəti bitmədən “Caspian Plaza”dan çıxarmaq “praktika”sını tətbiq etməkdədir. O, hətta neçə illər ərzində “Caspian Plaza”da fəaliyyət göstərən müxtəlif təşkilatlar üçün də heç bir istisna tanımır. Onun tələbi ilə məkanı tərk etməkdən boyun qaçıranlar üçünsə icarə haqqını əsassız olaraq artırır.
Müqavilənin pozulmasının səbəblərini öyrənmək istəyənlərə isə Qafar Dəmirçinin tək bir cavabı var: “Ürəyim belə istəyir”. Gənc sahibkarın bu kaprizlərinin daha nə qədər davam edəcəyini isə özündən başqa heç kim bilmir…
Məsələ ilə bağlı adı çəkilən şəxsin və şirkətin mövqəyini də yayımlamağa hazırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-03-2019, 08:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-03-2019, 08:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11