“Bərdə qalmaqalı”na görə ayağa qalxdılar, Röyanın “razborka”sını da məsələyə qatdılar
Sosial şəbəkələrdə Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü yayılıb.
“Yeni Sabah” xəbər verir bu görüntülər məşhurların da etirazına səbəb olub. Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) sözügedən videonu sosial şəbəkədə paylaşaraq fikir bildirib:
“Bu nə özbaşınalıqdır? Bu nədir, dizini qoy yerə?! Yekə qarın, harınlamışlar, siz kimsiniz ki, kimisə diz üstə otuzdurursunuz? Cənab Prezident, bunların hamısını işdən çıxartmaq yox, həbs etdirmək lazımdır! Bu nə biyabırçılıqdır? Bu oğlan sabah bu video yayılıb deyə özünü öldürsə, kimdir cavabdeh? Alçaqlar. Məncə, buna dövlət ciddi baxmalıdır. Oradakı o arvada bax, həyasız, bu uşaq nə etsə də, onu diz üstə oturtmaq heç kimin haqqı deyil! Hicran xanım, (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – Red.) çıxıb nə deyəcəksiniz çox maraqlıdır”.
Rəylərdə onu dəstəkləyənlər xeyli olsa da, bu hərəkətə haqq qazandıranlar da tapılıb. Jurnalist Ülviyyə Alovlu isə yeniyetməni bu hala salanların tərəfini tutub:
“Səni burada nahaq söyənləri bu cür cəzalandırmazdın? Mən cəzalandırardım! Döyməyiblər, zorlamayıblar. Dediyi, etdiyi qələti özünə yedirdiblər, haqq ediblər. Nə bilirsən, o nə boyda qələt edib? Bəlkə, hələ bu da azdır?”
“Bunların özünü diz üstə qoymaq lazımdır. Cinayətdir bu. Harınlamışlar”, - deyə aparıcı Humay Muxtarova da bu hərəkəti pisləyib. Lakin Ü. Alovlu ona da cavab yazaraq əks fikir söyləyib:
“Humay Muxtarova, Niyə? Sənin qızına qarşı oğraşlıq edəni cəzalandırmazsan? Mən səni tanıyan biri kimi deyirəm ki, anasını da ağladarsan”.
İzləyicilərdən biri Xalq artisti Röya Ayxanın da buna bənzər hadisədə yer aldığını xatırladıb:
“Nə olsun? Röya da buna bənzər etmişdi. Onu söyəni gətirdi, otuzdurtdu, çəkdi, üzr istərdirdi, vurdu da, cəzalandırdı da... İndi isə Xalq artisti oldu. Buna cinayət düşürsə, ona da düşür o zaman. Siz birini ört basdır edib birini şikayət edə bilmezsiniz. Bu məmləkətdə qanun hamı üçün eyni olmalıdır!”
Tolik isə cavabında “Röya vurdu? Heç də vurmadı, gətizdirdi üzr istətdi başqa məsələ, amma uşağı diz üstə qoymaq olmaz! Birdə ki, Röyanın Xalq artisti olmağı çoxsunun başına daş salıb” – deyə yazıb.
tanınmış teleaparıcı, psixoloq İlham Mirzəyev də baş verənlərə etiraz edib:
“İndi Hansı əsrdə yaşayırıq ki, bu uşağı belə alçaldırlar? Bu uşağın gələcəyi var, ailə qurmağı var. Bu, uşağa alçaldılmasından əlavə, həm də psixoloji tramvadır. Belə şeyləri edən insanların özlərini diz üstə çökdürmək lazımdıt. Qansızlar”.
“Mütləq cinayət işi açılmalıdır. Şərəf və ləyaqətin alçaldılması maddəsi ilə həbs düşür bu kamera “qəhrəmanlar”ına”, - deyən aparıcı Murad Əzimzadə etirazını dilə gətirib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü ilə bağlı araşdırmalara başlayıb.
[media=]
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-11-2019, 13:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-11-2019, 13:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11