Deputat “Diqlas”dakı yanğından danışdı: “Çox təəssüflənirəm”
“Dünən Bakının Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğının baş verməsinə görə təəssüflənirəm. Hesab edirəm ki, bu yanğın nəticəsində kiçik sahibkarlıqla məşğul olan şəxslərə böyük zərər dəyib. Bu, bir faktdır. Yanğından sonra bəzi mətbuat orqanlarında “heç kəs yanan mallarına görə sığorta pulu ala bilmir” başlıqları altında yayımlanan yazılara rast gəldim. Bunun üzərində sanki siyasi gedişlər etməklə müəyyən şəxslər öz maraqlarını, nüfuzlarını artırmaq üçün qanunazidd fikirlər səsləndirməklə cəmiyyətdə çaşqınlıq yaradırlar”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Çingiz Qənizadə deyib.
Deputat Azərbaycanda daşınmaz əmlakın sığortasının icbari olduğunu bildirib.
“Bu baxımdan hesab edirəm ki, “Diqlas” Ticarət Mərkəzi daşınmaz əmlak kimi sığortalanıb. Bəs, həmin ticarət mərkəzində sahibkarlıqla məşğul olan şəxslər öz əmlaklarını sığortalayıblarmı? Belə hesab edirəm ki, heç də sığortalamayıblar. Ona görə əminliklə deyirəm ki, bizdə hələ sığorta mədəniyyəti kifayət qədər inkişaf etməyib. Bu baxımdan da vətəndaşlar öz əmlaklarını sığortalamaq üçün maraqlı deyillər. Hətta icbari sığorta siyahısına salınan daşınar və daşınmaz əmlaklar var ki, vətəndaşlar onların sığortalanmasından yayınırlar. Konkret olaraq, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı onu deyə bilərəm ki, dünyanın hər hansı bir ölkəsində əmlakın sığortalanması olmayıbsa, bu cür hadisələr zamanı hər hansı bir sığorta əməliyyatı həyata keçirilə bilməz. Ona görə də həmin ticarət mərkəzində əmlakı yanmış şəxsləri “sığorta pulu veriləcək”, “dövlət həmin zərəri qarşılayacaq” fikirləri ilə çaşdırmaq yolverilməzdir. Dünyada baş verən təbii hadisələr, yanğınlar nəticəsində minlərlə insan yaşadıqları yerdən başqa ərazilərə köçürülürlər. Bu zaman isə sığorta edilməyən əmlaka görə dövlət həmin şəxslərə vəsait vermir. Dövlət sadəcə müəyyən tibbi yardımlar, təhlükəsizlik tədbirləri, qurumların operativliyinin təmin edilməsini həyata keçirir. Biz hüquqi dövlətdə yaşayırıq. İnsanlar öz üzərilərinə düşən məsuliyyəti hazırkı durumda sanki dövlətə yönəltməklə dəyən zərərə görə pul tələb edirlər. Bu da hüquqi baxımdan yolverilməzdir və başa düşülən deyil.
Eyni zamanda, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu ilə - “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il tarixli, 573-IIQ nömrəli Qanunu ləğv edilib”.
Ç.Qənizadə deyib ki, “Diqlas” Ticarət Mərkəzinin sahibkarları ilə orada fəaliyyət göstərən xırda ticarətlə məşğul olan şəxslər arasında hansı müqavilələrin bağlanması yaxın günlərdə aydınlaşacaq:
“Bundan sonra isə həmin müqavilələr zamanı baş verə biləcək bu cür hadisələrdən kimin məsuliyyət daşıması isə aydın olacaq. Əgər həmin müqavilələrdə hər hansı bir forst-major hadisələr zamanı “Diqlas” Ticarət Mərkəzinin məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı məqam olarsa, bu zaman dəymiş ziyanın ödənilməsi ilə bağlı iddialar ticarət mərkəzinin özünə yönəlməlidir. Azərbaycanda obyekt sahibləri heç zaman icarəyə verdiyi yerlərlə bağlı forst-major məqamları müqavilənin şərtlərinə daxil etmirlər. Hesab edirəm ki, vətəndaşların “Diqlas” Ticarət Mərkəzi ilə bağladığı müqavilələrdə də bu boşluqlar var.
Çingiz Qənizadə onu da qeyd edib ki, vətəndaşlar onlara yaradılan şəraitin yanğın təhlükəsizliyinə zidd olması və dəymiş zərər ilə bağlı “Diqlas” Ticarət Mərkəzinə hər hansı bir iddialar yönəldə bilərlər.
“Bu iddialara isə məhkəmə qərar verə bilər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-03-2019, 20:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-03-2019, 20:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11