Qoşaçayda yardım toplama mərkəzləri polisin hücumuna məruz qalıb - VİDEO
Qoşaçayda polis əməkdaşları “Türkmən səhra” bölgəsində selə məruz qalan türkmənlər üçün təşkil olunan yardım toplama mərkəzlərinə hücum edərək toplanan yardımları zəbt ediblər.
Hadisə martın 26-da baş verib.
Məlumata görə, mərkəzlərdə təbii fəlakətdən əziyyət çəkən əhali üçün külli miqdarda əşya və qida məhsulları toplanmışdır.
Bu barədə yayılan bir videoda azərbaycanlı fəallardan biri toplanan məhsul və əşyaların yalnız rəsmi şəkildə və sənəd əsasında Qızl Aypara Cəmiyyətinə təhvil veriləcəyini bildirib. O qeyd edib ki, bu yardımlar idarədə inbar olunacaq və təbii fəlakət bölgəsinə nə zaman çatdırılacağı məlum deyil.
Azərbaycanlı fəal sözlərinin sonunda əlavə edib ki, Qoşaçay prokuroru onlardan bir daha yardım toplama kampaniyasına qoşulmasınlar deyə imza alıb.
Oxşar hadisə martın 24-də Güney Azərbaycanın Kəleybər və Miyana şəhərlərində baş vermişdir. Polis azərbaycanlı fəallar tərəfindən təşkil olunan yardım mərkəzlərinə hücum edərək onları qapadıb, toplanan yardımları isə götürmüşdür.
Polisin yardım toplamağa mane olması o halda baş verir ki, İran dövləti bu istiqamətdə heç bir ciddi addım atmır, bölgə əhalisi isə bir çox problemdən əziyyət çəkir. Azərbaycan şəhərlərində əhali nağd pul və digər yardımlarını dövlət nümayəndələrinə vermək istəmir, onlar həmin yardımları azərbaycanlı fəallara təhvil verməyə üstünlük verir.
Novruz bayramı günlərində baş verən sel fəlakəti ilə bağlı azərbaycanlı fəallar ““Türkmən səhra” yalnız deyil” şüarı ilə yardım toplama kampaniyası keçirərək türkmən bacı və qardaşlarına yardım etməyə çalışırlar./GünAz TV/
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-03-2019, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-03-2019, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11