reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daşkəsəndə zəhərlənmə: 1 ailədən 3 nəfər

reklam

Daşkəsəndə zəhərlənmə: 1 ailədən 3 nəfər
















Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.

RegionXəbərləricom.az TƏBİB-ə istinadla xəbər verir ki, hadisə fevralın 24-də saat 20:50 radələrində baş verib.

3 nəfər - 1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər