1 milyon manat dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Ceyhun Zeynalovun məhkəmə prosesi başa çatıb.
RegionXəbərləricom.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, cinayət işində 2 nəfər - Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb. Belə ki, Ceyhun Zeynalov Rahil Əsgərova 881 min, Şaiq Hüseynova qarşı isə 200 min manatlıq dələduzluq edib.
Ceyhun Əsgərovun vəkili verilən ittihamla razılaşmayaraq hökm çıxardarkən Ceyhun Zeynalovun himayəsində 3 azyaşlı övladının olmasını nəzərə almağı xahiş edib.
Zərərçəkən Şaiq Hüseynov Ceyhun tərəfindən ödənilən 36 min manatı Ceyhuna 2-ci dəfə verdiyi puldan ödədiyini bildirib: "Barışmamışam, hətta mənə səs atıb ki, başıma bir iş gəlsə, günahkar sənlə Rahilsən. Dəymiş ziyanımi tələb edirəm".
Zərərçəkən Rahil Əsgərovun nümayəndəsi Nüşabə Ağayeva onlara dəymiş 881 min min manatdan heç nə ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi.
Hakim Rasim Sadıxov müşavirə otağından qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
İttihama aktına görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasına köcürülməsini təşkil etməklə həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonu ərazisində istintaqa məlum olmayan yerlərdə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə Azərbaycan manatı ABŞ dolları firmasında əldə edib 478 min manatı Rahil Əsgərovun dediyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə Bakı şəhəri ərazisində aidiyyəti üzrə çatdırsa da, həmin pul vəsaitlərindən qalan, yəni zərərçəkmiş şəxs Rahil Əsgərova məxsus olan ümumilikdə 880 min 132 manat pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək xüsusilə külli miqdarda dələduzluq edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır