reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prokurorluq qanunsuz ağac kəsiminə dair cinayət işi açdı

reklam

Prokurorluq qanunsuz ağac kəsiminə dair cinayət işi açdı


 














Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Saatlı, İsmayıllı, Quba, Qusar rayonları və Sumqayıt şəhəri ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, həmçinin Saatlı rayonu Qara Nuru kəndi, İsmayıllı rayonu Xankəndi kəndi, Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində, Quba rayonu Quba-Xudat magistral avtomobil yolunun cənub hissəsində meşə fonduna daxil olmayan ümumilkdə 215 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 44 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1-ci ( ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 18:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər